27.07.2024

AVMVİB Yevlax rayon şöbəsinə yeni sədr təyin olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin bugünkü iclasında AVMVİB Yevlax rayon şöbəsinin sədri vəzifəsinə yeni təyinat müzakirə olunmuşdur.

AVMVİB sədrinin müvafiq əmri ilə 13.10.2023-cü il tarixində AVMVİB Yevlax şəhər şöbəsinin sədri vəzifəsinə Məmmədov Şahin Əhmədəli oğlu təyin olunmuşdur.

Yeni təyinatla əlaqədar olaraq, AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev öz çıxışlarında Şahin Məmmədovu təbrik etmiş, işgüzar fəaliyyətinə ona uğurlar arzulamışdır.

Biz də öz növbəmizdə AVMVİB Yevlax rayon şöbəsinin yeni sədrinə gələcək işlərində müvəffəqiyyətlər diləyir, rayon şöbəsinin üzvlərinə möhkəm can sağlığı arzu edirik.

AVMVİB Mətbat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: