18.06.2024

Xarici diplomatlar Zabuxda görülən işlərlə tanış olublar

Laçın rayonuna səfər çərçivəsində xarici diplomatlar 245 ailəlik (birinci mərhələdə 223 ailəlik) Zabux kənd yaşayış məntəqəsində həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar.

Veteran.az xəbər verir ki, qonaqlara kənddə aparılan işlər barədə məlumat verilib.

Bildirilib ki, Zabux kəndinin ümumi ərazisi 80,9 hektar, planlaşdırılan ərazisi isə 64,30 hektardır. Zabux çayının mühafizə zonasının 14,68 hektar olması nəzərdə tutulub.

Layihəyə əsasən, ərazidə 53 ədəd ikiotaqlı, 116 ədəd üçotaqlı, 28 ədəd dördotaqlı, 26 ədəd beşotaqlı mənzil tikilib. Həmçinin kənddə kənd inzibati mərkəzinin, 50 yerlik uşaq bağçasının, ümumtəhsil məktəbinin, rekreasiya və məşğulluq zonasının, su anbarının və digər təyinatlı binaların tikintisi aparılır.

Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: