16.06.2025

Ceyhun Bayramov ATƏT sədri ilə danışıqlar apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın paytaxtı Londonda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

Veteran.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

C.Bayramov və B.Osmani ikitərəfli məsələləri, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: