21.11.2024

Təbrik: Mikayıl Məmmədov-49

Peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və sadəliyi ilə secilən müharibə veteranı kapitan Mikayıl Məmmədovun iyun ayının 3 -də 49 yaşının tamam olması münasibətilə   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Din-in Daxili Qoşunların  hərbi vəzifəliləri, doğnaları, iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir,  səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Mikayıl qoy yaşınızın üstə gələn bu yaş da sizə  sevincdolu illər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

 Kapitan Məmmədov Mikayıl Məhiş oğlu   1974 — cu ildə  Zəngilan rayonunun Ağkənd kəndində Ziyalı ailəsində anadan olub.

      O, orta təhsilini   Zəngilan rayonunun Ağkənd və Qafan şəhər orta məktəblərində  alıb.   Bakı inşaat texnikomunu  və Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirib.

1993-2013-ci illərdə Din -in  Daxili Qoşunların Baş İdarəsinin  Füzuli,  Hacıqabul, Nərimanov, Sabunçu,  Lənkəran  və  Quba rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri,  şəxsi heyətin qeydiyyatı və uçotu üzrə məsul icracı,  taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri,  Qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi vəzifələrində Vətənə, dövlətə və xalqa  sədaqətlə xidmət edib.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli  və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə Veteranıdır.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə, yaşayış məntəqələrində ( kütləvi tədbirlərin kecirilmə yerlərində) ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində)  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə” görə döş və yubiley nişanları ilə,  bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb , ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

 1.”Azərbaycan Reslubilkası  Silahlı Qüvvələrinin yaranmasının     10 -illiyi  ( 1991- 2001)” yubiley medalı ilə;

2.“Azərbaycan Respubilkası  Silahlı  Qüvvələrinin yaranmasının  90 illiyi  (1918-2008)”  yubiley medalı ilə;

3.”Azərbaycan Respubilkası  Silahlı  Qüvvələrinin yaranmasının  95 illiyi ( 1918 — 2013 )” yubiley  medalı ilə;

4.”Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal — Silahlı Qüvvələrdə 20  təqvim ili  xidmətə görə;

 5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

6.”Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MİKAYIL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə   müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: