27.07.2024

Sertifikasiyadan keçməyən müəllimlərə 1 illik GÜZƏŞT

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.

Veteran.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

Qanun layihəsinə görə, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: