Tanınmış həkim vəfat etdi
Tanınmış həkim ortoped -protezist Əliyev Vəli qəflətən dünyasını dəyişib.
Xatırladaq ki, Vəli Əliyev 31 mart 1958-ci ildə Göyçə mahalının Ardanış kəndində fəhlə ailəsində anadan olub. 3 yaşında atasını itirib.Ali təhsil muəssisəsində təhsil alsada,bununla yanaşı 2 saylı tibb texnikumuna da qəbul olmuşdur. Sonra isə burada təhsilini yarımçıq qoyaraq arzusu olan Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika ixtisasına qəbul olunub.
Bakı şəhərində bir neçə tibb müəssisələrində ixtisası üzrə işləmiş və son günədək Bakı Protez-ortopedik Bərpa Mərkəzində texnik, ortoped-protezist, stasionar şöbənin müdiri vəzifəsində işləmişdir. Almaniya, Rusiya və Sloveniyada müvafiq kursları bitirmişdir. Onlarla elmi məqalə yazmışdır.
1ci Qarabağ və 44 günlük Vətən müharibəsində əlil olmuş yüzlərlə döyüşçünün,aşağı və yuxarı ətrafları amputasiya olunmuş şəxslərin reabilitasiya prsossesində xüsusi xidmətləri olmuşdur. Ailəli idi 4 övladı var.23 aprel 2023-cü ildə insult nəticəsində dünyasını dəyişmişdir.Vəli həkimin vəfatı ilə bağlı yaxınlarına dərin hüznlə baş sağlığı diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN!