Təbrik: Hüseyin Qarayev -54
İnsan ücün yad-daqalan tarixlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Naxcıvan şəhərində ydrıəşən hərbi hissədə xüsusi xidmətləri olan Silahlı Qüvvələr veteranı ehtiyatda olan polkovnik Hüseyin Qarayevin yanvar ayının 4 də 54 yaşı tamam olur.Bü gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteran—ları İctimai Birliyinin rəhbərliyi, Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik Qarayev Hüseyn Ərrahman oğlunu dogum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən naliy—yətlər arzulayır.
Arzu edirik ki, Qarayev Hüseyinin yaşının üstə gələn bu yaş ona, sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl Hüseynin istəklərinə uyğun onu, xoşbəxt edəcək şəkildə keçsin.
Qarayev Hüseyn Ərrahman oğlu yanvar ayının 4 də 1969- cu il tarixində Naxcvan şəhərində zəhmətkeş ailədə anadan olub.O, 1986 -cı ildə Naxcvan şəhər Sultanlı adına orta məktəbi,1987- ci ildə Bakı şəhəri Suraxan rayonunda 1 -nömrəli peşə məktə-bini, 1998 -ci ildə Naxcıvan Dövlət Univeristetini,1999 -cu ildə isə DİN-in Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzin-də ilkin zabit hazırlığı kursunu bitrib.Hüseyin Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində o, DİN-in Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında,kurslarda,xüsusi- taktiki təlimlərdə, komanda -qərargah məşqlərində,seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik Hüseyin Qarayev 1987-1990 -cı illərdə Sovet Ordusunun Hərbi Dəniz Qüvvələrinin Murmanski şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub.1990- 1993 -cü illərdə Naxcvan Muxtar Respubilkası-nın Rabitə və Daxili İşlər Nazirliklərində telqrafcı və radio mexanik vəzifələrində işləyib.
1998 — 2022-cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Naxcvan şəhərində yerləşən hərbi hissəində (Əlahiddə taborda, alayda və birqadada) manqa və taqım komandiri, böluk komandirinin müavini, mənzil -istismar xidməti rəisi, hərbi hissə komandirinin maddi-texniki xidmət-lər üzrə müavini, vəzifələrində Xalqa, Vətənə və Dövlətə sədaqətlə xidmət etmişdir.
Hüseyin Qarayev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qarayev Hüseyin peşəkarlığı və human-istliyi ilə seçilən ömrünün ən məhsul-dar dövrünün 25- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hüseyin Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respubli-kasının Konstitu-siyasına və qanunlar-ına əməl etməkdə, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti nizamnamələrinin eləcədə digər hüquqi- normativ aktların tələblərinə, həmcinin vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffə-qiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O,Naxcıvan Muxtar Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhər-də, yaşayış məntəqə-lərində baş vermiş kütləvi ixtişaşların qarşısının;alınmasın-da,Mütəşəkkil cinayət-karlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərər-sizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütöv-lüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafat-landırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respubli-kasının Prezidenti adından, “Hərbi Xidmətdə Fərqlən-diyinə Görə” 3 dərəcəli medala,“Silahlı Qüv-vələr Veteranı” medalı ilə, «Qüsursuz xidmət-lərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalar-la, «Silahlı Qüvvələrin yaranmasının » 10-illiyi, 90-illiyi və 95-iliyi yubiley medallarl ilə təltif olunub.
Xidmət vəzifələrinin yerinə yetirilməsində və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə «HƏRBI XİDMƏTLƏRƏ GÖRƏ » medalı ilə təltif edilib.
DÖĞUM GÜNÜZ MÜBRƏK OLSUN. HÜSEYİN!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ… AD GÜNÜN MÜBARƏK OLSUN… Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev