15.10.2024

Şərəfli Və Mənalı Zabit Ömrü: Əhməd HACIYEV -73

Daimi həyatın bütün snaqlarından  alını acıq və üzüağ cıxan   Müharibə Veteranı istefada  olan  Mayor Hacıyev Əhməd İsmayıl oğlunu 28 dekabr  doğum günü münasibətilə  Azərb-aycan Vətən Müharibəsi  Veteran-ları İctimai Birliyin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitibtükənməyən nailiyyətlər arzulayır.

   Arzu edirik, Əhməd Hacıyevin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili  isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Hacıyev Əhməd İsmayıl oğlu 29 dekabr 1949-cu ildə  Qərbi Azərbaycanın Kalino rayonun Evli (Molef) kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.

     O,1964 -cü ildə Kalino rayonun  Evli  (Molef) kənd  orta məktəbin 8-ci sinifini,1966-cı ildə  Kalino rayonun İlməzli tam orta məktəbini, 1974- cü ildə  M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu,  1981-ci ildə Daxili İşlər Nazirliyinin  Lvov şəhərində yerləşən Xüsusi hərbi məktəbi bitirib. Daxili İşlər orqanlarında və  Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən  bir  çox  metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     Müharibə Veteranı istefada  olan  Mayor Hacıyev Əhməd İsmayıl oğlu  1968 -1970 -ci illərdə SSRİ Sərhəd Qoşunların  Dalinovostokda yerlə-şən hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə olub.

      Əhməd İsmayıl oğlu Hacıyev  1967-74-cü illərdə Yardımlı rayon orta məktəbində müəllim işləmişdir. 1975-1987 ci illərdə Daxili İşlər Nazirliyinin İslahƏmək Müəssi-sələri İdarəsinin Salyan və Qaradağ rayonları ərazisində yerləşən cəzaçəkmə müəssisələrində dəstə rəisi vəzifəsində olub. 1988-2006-cı illərdə isə Daxili Qoşunların  Binəqədi rayonunda yerləşən hərbi hissəində  böluk komandirin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri və Mənzil- İstismar xidmətinin rəsi  vəzifələrində  Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O, DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

  Dİ-in Daxili Qoşun-larında xidmət etdiyi illər ərzində,  Azərbay-can Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəf-fəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

     Mayor Hacıyev Əhməd İsmayıl oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünu səxavətli,əliaçıq,insan-pərvər, savadlı,nizam və intizamlı zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.

  Azərbaycan Respub-likasında ictimai qaydanın və ictimai təhlükəsizliyin  təmin edilməsində və ictimai təhlükəsizliyin qorun-masnda, şəhərdə, yaşayış məntəqə-lərində  və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasın-da, Fövqəladə hallar zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində eləcə-də  dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə  düşən vəzifə və tapşırıqların öhdəsin-dən  layiqincə gəlmişdir.

    O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)   gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaş-mışdır.

    Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstər-diyinə görə, döyüş və ictimai siyasi hazır-lığında,hərbi intizamın möhkəmləndirilməsindəyüksək göstərici-lərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Koman-danın və onun müavinlərinin hərbi hissə komandirinin və cəzaçəkmə müəssisə rəisinin müvafiq əmrləri ilə bir sira medallarla və döyüş nişanları ilə təltif edilib, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 GÜNƏŞ QƏDƏR İSTİ. QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ.

 ƏHMƏD AD GÜNÜN MÜBARƏK OLSUN…

 Azərbaycan Vətən Müharibəsi Vteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: