22.12.2024

MƏNALI ÖMÜR YOLU: VÜQAR RƏHİMOV — 52

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəbərliyi  ehtiyatda olan mayor Rəhimov Vüqar Fərman oğlunu doğum günü munasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

       Arzu edirik, Vüqarın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili  isə ötən illərdən  daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

        Mayor Rəhimov Vüqar Fərman oğlu  20 dekabr 1970-ci ildə  Masallı rayonunun İsgəndərli kəndində ziyalı ailəsində dünyaya göz açıb.

     Rəhimov Vüqar Fərman oğlu  1988-ci ildə Masallı rayonunun 2 nömrəli tam orta məktəbini, 1993-cü ildə Çingiz İldırım  adına Poltexnik İnistutunun avtonəqliyyat fakultəsini,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Xəzər rayonunda  yerləşən hərbi  məktəbini (zabitlərin ixtisas artırma kursunu) bitrib.O,Daxili Xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarında, təlimlərdə, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəai iştirak edib.

        1995- 2017-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Füzuli,Hacıqabul,Lənkaran,Binəqədi və Xəzər  rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbdə  taqım komandiri, tank  böluk komandirinin  müavini,  böluk komandiri, tabor komandirinin texniki hissə üzrə müavini,Mənzil-istismar xidmət rəisi, Qoşunların Şirvan şəhərində yerləşən tədris alayında isə alay   komandirinin Maddi- texniki təminat xidmətləri üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

       Mayor Rəhimov Vüqar Fərman oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamələrin və hərbi andın tələblərinin  yerinə yetirilməsində üzərinə düşən  vəzifə və. tapşırıqları şərəf hissi ilə yerınə yetirmişdir

       O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Mayor Rəhimov Vüqar Fərman oğlu  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, eləcədə cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, Fövqalədə hallar zamanı hüqüqi rejimin təmin edilməsində, dövlətin  ərazi bütövlüyünün təmin olunmasında ona  və hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    Rəhimov Vüqar Fərman oğlu Daxılı Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə böluk komandiri vəzifəsində  xidmət etdiyi illər ərzində yekun (ümümi, təlim) yoxlamaların nəticələrinə görə, onun rəhbərlik etdiyi bölük   bir neçə  dəfə yüksək bal toplayaraq ilin yekunlarına görə  Qoşunlar  üzrə  3  və 4-cü yeri ,hərbi hissə üzrə işə 2 və 3 yerləri tutmüşdur.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş və döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası   hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri » Əla Xidmətlərə görə» döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla  və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı əla göstəricilərə görə,  təlimlərdə, xüsusi  əməliyyatlarda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində,döyüş  xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli,  «Silahlı Qüvvələrin yaranmasının » 10 -İliyi, 90- illiyi və 95 — iliyi yubiley medalları ilə təltif olunub.

GÜNƏŞ QƏDƏR İSTİ, QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİ İLƏ.. AD GÜNÜN MÜBARƏK OLSUN…

 Azərbaycan Vətən müharibəsi Vetiranlari İctimai Birliyi sədrinin hüqüq məçələr üzrə müavini polkovnik Salman Musayev.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: