21.11.2024

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman izmalayıb.

Veteran.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 21) 3.2-ci bəndində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə, “və onun” sözləri “, onun birinci müavinindən və” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.3-cü bəndin ikinci cümləsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə, “və onun” sözləri “, onun birinci müavinindən və” sözləri ilə əvəz edilsin;

2.2. 4.4-cü bəndə “icrasını” sözündən sonra “birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: