LƏYAQƏTLƏ YAŞANAN ZABİT ÖMRÜ :YAVƏR ORUCOV — 56
İnsan ücün ən yadaqalan tarixlərdən biri, onun doğum günüdür. Belə insanlardan buridə,Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz dəsti -xətti olan, Müharibə Veteranı ehtiyatda olan palkovnik-leytenant Orucov Yavər Sultan oğludur. Dekabr ayının 20 – də onun 56 yaşı tamam olur.
Daimi həyatın bütün cətinlıklərindən alını acıq və üzüağ cıxan Müharibə Veteranı polkovnik leytenat Yavər Oirucovu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu ediriki, Yavərin yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən ilərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Orucov Yavər Sultan oğlu 20 dekabr 1966- ci ildə Zəngəzur mahalının Qafan rayonun Aşağı Gödəkli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. O, Zəngəzur mahalının Aşağı Gödəkli kənd orta məktəbini, Bakı şəhər Dəmir Yolu Texnikomunu,Müdafiə Nazirliyinin və Daxili Qoşunların zabitlərin təhkimləşdirmə kurslarını yüksək göstəricilərlə bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox komanda -qərargah məşqilərində, metodiki- təlim toplanışlarlarda, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Orucov Yavər Sultan oğlu 1985-1987-ci illərdə Sovet Ordusunun Zabaykal hərbi dairəsində müddətli həqiqi hərbi xidmətdə olub. 1991 -2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ağdam, Füzuli, Xətai, Quba və Xəzər rayonlarnda yerləşən hərbi hissələrində Minaatan taqım komandiri, Minaatan batareya komandiri, Artilleriya rəisi, Silahlandırma xidmətinin rəisi, Daxili Qoşunların Ali hərbi məktəbində baş müəllim,Daxili Qoşunların Bas İdarəsinin Maddi — texniki təminat idarəsində isə Silahlandırma xidmətinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə etməşdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçulara şəxsi nümünə olarq, qabaqcıl zabitlərdən biri olmuşdur.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik leytenant Yavər Orucov peşəkarlığı,humanistliyi və səmiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Polkovnik- leytenat Yavər Orucov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Yavər Orucov, hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Polkovnik- leytenat Yavər Orucov Döyüş hazırlığındakı əla göstəricilərinə görə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə «Qusrsuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi , 90- illyi və 95-iliyi yubley medaları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezıdentının 30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamı ilə Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda eləcədə, mütəşəkkil cinayətkarlığa,terrorçüluğa diğər cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə görə Polkovnik-leytenant Yavər Orucov «VƏTƏN UĞRUNDA» medalı ilə təltif olunub
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN YAVƏR MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən Mnüribəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev