22.12.2024

Doğum gününüz mübarək, cənab polkovnik

      Yüksək peşəkarlığı, hmanistliyi , xeyirxahlığı, dərin zəkası,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyətiidarə etmə qabiliyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti  ilə, özünə və tabeliyində olan hərbi qulluqçulara qarşı tələbkarlığı ilə, həmçinin  təvazökarlığı ilə seçilən  ömrunun ən məhsuldar dövrünün 31( otuz bir ) ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini (Yeni Azərbaycan Partiyasının üzvü) polkovnik Müsayev Salman Calal oğlunun dekabr ayının 18 – də ,63 yaşı tamam olur

    Daimi həyatın  bütün snaqlarından  alınıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayevi doğum günü  munasbətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai  Birliyin (AVMVİB) rəhbərliyi  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirki, Salman Musayevin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili  isə ötən illərdən daha gözəl keçsin.

   Hər ömür  bir kitabdır, deyirlər. 63 yaşı tamam olan  Salman Musayevin kecən günlərini  vərəqlədikcə bu     fikiri təstiq edirsən.  Bu alovlu vətənpərvər,torpağına  və xalqına bağlı insanın həyatı olduqca mənalı kecib.

   Bu gün  Əsli vətəndaşlıq  mövqeyi  ilə secilən, polkovnik Musayev Salman Calal oğlu  18 dekabr 1959 -cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Senebi kəndində anadan olub.

     Yüksək  nəcib davranışa və yüksək  mədəniyyətə malik  olan  Salman  Musayev,  1972-ci ildə Gürcüstan Respublikasının   Bolnis rayonunun Senebi kənd ibtidai  məktəbini, 1977 -ci ildə Bolnis rayonunun Akaurt (Ayorta) tam orta məktəbi, 1984-cü ildə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ-nin 60-iliyi adına  Sankt-Peterburq  ( keçmiş Leninqrad)   Ali Hərbi Siyası Məktəbini ,2001-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Rostov şəhərində yerləşən Zaqafqaziya üzrə Baş İdarəsində, SSRİ  DİN-in  Daxili Qoşunların  Tbilisi şəhərində yerləşən Diviziyada ,Daxili Qoşunların Tbilisi, Kutaisi və Bakı şəhərində yerləşən hərbi hissələrdə keçirilən metodiki- təlim toplanışlarında, komanda – qərargah məşqlərində, ixtisas artırma kurslarında,  xüsusi -taktiki təlimlərdə, seminar və konfraslarda fəal iştirak edib.

    Dövlətmizin  möhkmləndirilməsi naminə  var qüvvəsi ilə  Daxili İşlər Nazurliyin  Daxili  Qoşunların Baş İdarəsində rəhbər vəzifələrdə xidmət etmiş, polkovnik Musayev Salman Calal oğlu, 1977-1978-ci illərdə Gürcüstan Respublikasının Rustavi şəhərində yerləşən Metal əritmə zavodunda 3-cü dərəcəli  montajçı vəzifəsində işləyib. 1978-1980 ci illərdə SSRİ  Daxili  Nazirliyinin Daxili Qoşunlarının Dnepropetrovsk  və Xabarovsk şəhərlərində yerləşən mühüm dövlət əhəmiyyətli obyektlərin mühafizəsi hərbi hissələrində manqa komandiri və taqım komandirinin müavini vəzifələrində müdddətli həqiqi hərbi xidmətdə olub.

      Harada hansı vəzifədə calışmasından aslı  olmayaraq daimi kollektivin, əhatəsində  olan və insanların rağabətini qazanmış Musayev Salman Calal oğlu, 1984-cü illərdə SSRİ  Daxili İşəlr Nazirliyinin  Daxili Qoşunların Tbilisi, Kütaisi, Rustavi, Naxçıvan şəhərlərində  və Gürcüstan Respublikasının Çulqidze (indiki Xoni),Sxaltubo və Sakarejo  rayonunlarında yerləşən hərbi hissələrində taqım komandiri,bölük komandiri, Hərbi hissənin Qərargah rəisinin döyüş hazırlığı üzrə baş köməkçi vəzifələrində xidmət edib.

     İşguzar,calışqan, işinə  qətiyyətli, mübaruz keyfiyyətli, dostlarna, yaxınlarna isti münasibətdə olan  polkovnik Salman Musayev, 1991-ci ilin noyabr ayından 1993-cü  ilin fevral  ayına kimi Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  İdarəsinin  Binəqədi rayonunda yerləşən Xüsusi motorlaşdırılmş polis alayında alayın döyüş  və mənəvi pisxoloji hazırlığı bölməsının ilk rəisi,DQBİ-nin Şirvan (Əlibayramlı) şəhərində ilk dəfə  yeni yaradılmış tədris alay  komandirinin birinci müavini,Tədris Alay komandiri, 1993-cü ilin fevral ayından-1999-cu ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi, 2000-2009-cu ilərdə isə Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasının  (İdarə səlahiyyətli) ilk rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O,Daxili İşlər Nazirnin müvafiq əmri ilə 1993-cü ilin noyabr ayından-2003 ilin dekabr ayına kimi Daxili Qoşunlar Komandanın birinci müavini vəzifəsini  icra etmişdir.

    Heçkəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə, hər kəsələ doğmalıq  münasibəti yaradan Salman Musayev, 1992 -ci ilin may-iyun aylarında Zəngilan və Qubadlı rayonlarının bir sıra yaşayış məntəqələrinin düşmən hücumlarından dəf edilməsinə, əks-hücum əməliyyatlarının kecirilməsinə rəhbərliyi həyata keçirib.1993-cü ilin fevral -sentyabr  aylarında Ağdam və Ağdərə rayonlarının yaşayış məntəqələrinin  müdafiəsi üzrə əməliyyatların hazırlanması və aparılmasında, həyata keçirilməsində  fəal  iştirak edib. 1993- cü ilin noyabr ,dekabr  1994-cü ilin  isə yanvar  aylarında Füzuli rayonunun 11(on bir) yaşayış məntəqəsinin və Horadiz qəsəbəsinin düşməsindən azad edilməsi ücün müvafiq əməliyyat planlarının (əmrlərin,müvafiq sənədlərin )  hazırlanması və həyata keçirilməsində eləcədə döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin bir çox hərbi hissələrinin bölmələrindən, Daxili İşlər Nazirliyinin  isə Baş Mühafizə, Dövlət Yanğın Təhlükəsizlik, Bakı şəhər rayonlarının polis idarələrinin, Əlahiddə Çevik Polis   Alayının, Xüsusi Təyinatlı Polis Dəstəsi və Sərhədyanı Polis şöbələrindən ibarət qruplaşmış birləşmənin ön cəbhə qərargahının rəisi səlahiyyətləri vaxtaşarı olaraq  məsuliyyət və şərəf hissi ilə yerınə yetirib. Silahlı Qüvvələr və Müharibə Veteranıdır.

      Bacarıqlı, yaxşı təşkilatcı və qayğıkeş insan polkovnik Salman Musayev 1984-ci ildə SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gürcüstan Respublikasının Kütaisi şəhərində yerləşən Mühafizə -Konvoy  alayında  xidmət edən  zaman Xobi və Çaqeri rayonlarında  baş vermiş təbii daşqınlar zamanı 30-dan cox  mülki insanları xilas edib.Eyni zamanda 1985- 1989-cu illərdə Gürcüstan Respublikasının Sxaltubo rayonunun Qequtu,  Culkidze  ( indiki Xoni)  rayonunun   isə  Dedlauri və Namaşevi qəsəbələrindəki (Çay sovxozundakı)  cəzaçəkmə müəssisələrindən qaçmış   25  nəfərdən çox məhbusu qeyd olunan müəssisələrin 30(otuz) km radiusunda onun şəxsən rəhbərlik etdiyi əməliyyat axtarış qrupu tərəfindən tutulmuşdur.

     Xoş və təvazökar ağlı ilə fəriqlənən Salman Calal oğlu Musayev,  Gürcüstan Respublikasının Rustavi, Tbilisi  şəhərlərindəki,  Saqaredjo Ksani və Culuqidze (indiki Xoni) rayonlarındakı cəzaçəkmə müəssisələrində, Gürcüstan Respublikasının  Çxinvali rayonunda baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Müstəqil Respublikamızın, Dövlətcliymizin qorunması naminə isə Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində, eləcədə Qusar, Samux və  Babək rayonlarında baş vermiş ixtşaşların qarşısının alınmasında, həmin bölgələrdə yerləşən DİN-in  polis əməkdaşları ilə əməliyyata cəlb edilən Daxili Qoşunların hərbi hissələrində ibarət birləşmiş dəstələrin şəxsi heyətinə əməliyyat rəhbərinin qoşunlar üzrə müavini kimi rəhbərlik edib. 1994-2007-ci illərdə Azərbaycan Respublikasının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qusar və Xaçmaz bölgələrində kriminogen vəziyyətin gərginləşdiyi bir zamanda barələrində axtarış edilmiş mütəşəkkil və digər təhlükəli cinayətlərin axtarışı, gizlədilmiş silah-sursatların ,partlayıcı vasitələrin və yabanı halda bitmiş narkotik tərkibli bitkilərin tapılıb zərərsizləşdirilməsi ,mühum obyektlərin mühafizəsi üzrə «Sərhəd» adıı xüsusi əməliyyatlarda Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə əməliyyat qərargahının üzvü, müavini və rəhbəri  kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    İctimai işlərdə fədakarlıq göstərən polkovnik Salman Musayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  bölüyün və taborun Komsomol və Kommunist  Partiya təşkilatının katibi,1995-2003 -cü illərdə DİN-in Bədən Tərbiyəsi və İdman Cəmiyyəti şurasının sədr müavini, Daxili Qoşunların Bas İdarəsinin Attestasiya və mandant komissiyalarının,İdman komtəsinin, hərbi elmi-səmərələşdirici və ixtira işləri, metodiki və zabitlər şuralarının sədri,1997-2009-cu illərdə isə Daxili Qoşunların Baş İdarəsinin  mənzil- məişət (komunal) komissiyanın sədri kimi ictimai vəzifələri yerinə yetirib.

      Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarından, Azərbaycan Respublikası Qanunlarından,Nazirlər Kabinetinin qərarlarından Daxili Qoşunların fəaliyyət istiqamətləri ilə bağlı irəli gələn məsələlər üzrə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və digər nazirliklərlə birlikdə razılaşdırılmış bir çox hüquqi-normativ sənədlərin (nizamnəmələrin, əmrlərin, təlimatların, Əsanamələrin  və planların ) hazırlanması ilə ələqədar 1995- 2002-ci illərdə işci qurupun tərkibində olaraq üzərinə düsən vəzifələri layiqincə yerinə yetirib. Bundan əlavə Daxili Qoşunlar Komandanın müvafıq əmrinə əsasən polkovnik Salman Musayev   1994- 2004-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin  İdarə, şöbə və xidmətlərinin,həmçinin  hərbi hissə və əlahiddə  bölmələrinin eləcədə tədris müəssisələrinin və təlim mərkəzlərinin fəaliyyəti istiqamətlərini tənzimləyən qanun qüvvəli aktların(metodik vəsaitlərin, əsasnamə və əmrlərin, təlimatların, proqramların) hazırlanması üzrə işci qrupuna bilavəstə  rəhbərlik etmişdir.

     1995-2003-cü illərdə Daxili Qoşunların və Daxili İşlər orqanlarının döyüş hazırlığının yüksəkəldilməsində DİN-in Baş İctimai Təhlükəsizlik  və Baş Cinayət Axtarış İdarələri ilə birlikdə Şəhər və rayon polisləri ilə birgə  qərargah və xüsusi-taktiki təlim məşqlərinin keyfiyyətli keçirilməsinə bilavəstə rəhbərlik edib. 2001-2002-ci  illərdə Respublika Güllə Atıcılıq Fedarasıyasının Azərbaycan Respublikası  güc strukturlarının güllə atıcılığı üzrə şəxsi-komanda birincliliyi üğurunda  iştirak etmək üçün DİN-in müvafiq əmri ilə Daxili Qoşunların və polis orqanlarının kişi və qadın əməkdaşlarından ibarət yığma komandaların hazırlanmasına baş rəhbər təyin olmuş, rəhbərlik etdiyi  DİN-in hər iki  yığma komandası birinci və ücüncü yerlərin qalib olaraq müvafiq kubok və diplomlarla mükafatlandırlıb.

      1997-ci ilın aprel ayında Türkiyə Cümhuriyyətinin Jandarma Baş Komandanlığının və Polis Akademiyasının rəhbərliyinin dəvəti ilə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul, İzmir və Foce şəhərlərində yerləşən hərbi hissələrin, hərbi məktəblərin  tikiş fabriklərin, DİN- in  Polis Akademiyasının  bütün fəaliyyət istiqamətləri üzrə yazından tanış olmaq məqsədilə işgüzar səfərdə olub. 30 oktyabr 1997-ci il tarixidə Türkiyə və Azərbaycan hökumətlər arasında təlim-təhsil və  təhcizat istiqamətində imzalanmış protokolda göstərlən maddələrin yerinə yetirilməsi, zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların təliminin təkimləşdirməsi üzrə Ali hərbi məktəbin  və tədris mərkəzinin yaradılması ilə əlaqədar Jandarma Qüvvələrinin zabitləri ilə birlikdə lazımi sənədlərin, proqramların, təlim şəhərciklərinin hazırlanmasına və digər tədbirlərin həyata keçirilməsinə bilavəstə rəhbərlik edib.

     Polkovnik Müsayev Salman Calal oğlu Ulu Öndərin idealarına, Dövlət Başçısının yeritdiyi siyasətə, dövlətciliyə sadiq, hər zaman sözü ilə əməli bir olan peşəkər hərbi zabit və hüqüqşunas kimi tanınır. O,qanunvericilik ilə Daxili Qoşunlara həvələ edilmis vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, eyni zamanda Daxili Qoşunlar Komandanın birinci müavini vəzifəsini icra etdiyi illərdə, bir baş zabit kimi kuratoru olduğı xidmət sahələrinin  fəaliyyətinin çevik  və məqsədyönlü  idarə olunmasında, düzgün istqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirdiyini,dövlətin konstitusyon quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində diqqətə layıq rolu olmuşdur.

      Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xidməti-döyüş fəyaliyyəti  və döyüş hazırlığı üzrə 16-dan çox metodiki vəsait və dərslik, 15 -dən çox hərbi məqalə, 6 metodiki-təşkilat göstərişi, 1 döyüş hazırlığı üzrə normativlər toplusu, 13 təlimat, 2 direktiv, zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların,   bütün hərbi hissələrin, tədris müəssisələrin, Xüsusi təyinatlı dəstlərin və əlahiddə bölmələrin  təynatına uyğun döyüş və ictimai siyası hazırlıq üzrə 12 -dən artıq tədris proqramın, eyni zamanda bütün dərəcəli hərbi qulluqçuların tədris fənləri üzrə yekun (təftiş),təlim və ümümi yoxlama, İnispeksiya yoxlamasında isə bütün dərəcəli hərbi qulluqçuların tədris fənləri üzrə imtahan testləri, idarə, şöbə, xidmət,hərbi  hissə və əlahiddə  bölmələrin  isə  bütün sahələr üzrə bal sistemi ilə qiymətləndirilməsi  sualları ilk dəfə NATO sisteminə uyğun polkovnik Salman Musayev tərəfindən hazırlanmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə həvəsləndirmə qaydasında vaxtından əvəl 1992 -ci ilin avqust ayında «Mayor » 1995-ci  ilin mart ayında «Polkovnik- leytenant», 1998-ci ilin avqust ayında «Polkovnik «hərbi rütbələri verilib. Sambo,Əlbəyaxa döyüş üzrə birinci, bir neçə  atıcı silah növləri üzrə isə SSRI İdman ustasına namizəd dərəcəsinə malikdir.1997 -ci ildə yeniyetmələr arasında Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş Beynəlxalq yarışın, 1995-2000-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissə və əlahiddə bölmələri arasında keçirilən çoxnövçülük, güllə atıcılıq ,yüngül atletika, Sambo, Dzüdo, voleybol, mini-futbol, ağırlıq qaldırma üzrə yarışların təşkili və keçirilməsi üçün baş hakim olmuşdur.

      Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili işlər Nazirinin və Daxili Qosunlar Komandanın, Türkiyə  Cümrüyyətinin Jandarma Qüvvələrinin Komandanlığının,  Xidmət etdiyi Diviziya, hərbi hissə və tabor komandirlərinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq  əmrləri ilə Daxili İşlər Nazirliyinin  «Əla Xidmətlərə görə» döş nişanı ilə , Daxili Qoşunların  «Əla Xidmətlərə görə»  1-ci və  2-ci  dərəcəli döş və yubiley və müvafiq idman dərəcə nişanları ilə  təltif edilib, eləcədə pul mükafatları ilə,  Fşfəxri fərmanlarla, qiymətli hədiyyələrlə və təşəkkürnamələrlə mükafatlandırlıb və təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş  xidməti  və döyüş növbəsində xüsusi fəriqlənməyə görə,şücaət , fədəkarlıq , hərbi xidmət keçdiyi  dövürdə xüsusi və diğər xidmətlərə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının  Prezidenti adından Daxili  İşlər Nazirinin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı», «Qüsursuz Xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 -iliyi, Rusiya Federasiyasının Sankt-Peterburq  şəhərində yerləşən  «LKGİ-nin 60 illiyi adına Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali hərbi siyasi məktəbin yaranmasının» 70 illiyi yubiley,  «Azərbaycan Silahlı Qüvvələrin yaranmasının » 10-illiyi  və 90 illiyi yubiley  medalları ilə eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi «Müharibə Veteranı», «AVMVİB-nin yaranmasınin»  25- iliyi yubiley, «Milli Ordunun yaranmasının » 100-illyi və «Böyük Zəfər » xatirə medalları ilə təltif edilib. Xidmətdə fəriqləndiyinə görə  Gürcüstan Mərkəzi Komsomol Komitəsinin və Komunist Partiyasının birinci katibinin müvafiq qərarları ilə fəxri fərmanlarla, diplomlarla  və qiymətli hədiyələrlə  mükafatlandırlıb.

      Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci  il tarixli 725 saylı sərəncamına əsasən  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa, terrorizmə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fərqlənməyə, şücaət və igidlik göstərdiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı  ilə təltif olunub.

    2009-cu ildə  Silahlı Qüvvələrdən ehtiyata buraxılıb, Ancaq Dövlət qulluğuni davam etdirir.Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  sədrinin hüqüqi məsələlər üzrə müavinidir

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

SALMAN MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

AVMVİB Rəhbərliyi, Fedai.az və Veteran.az kollektivi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: