27.07.2024

ŞƏRƏFLİ ZABİT ÖMRÜ: ZABİL RZAYEV — 55

İnsan ücün həyatda ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Rzayev Zabil Xanış oğludur. 10 dekabr  onun 55 yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin rəhbərliyi,daimi həyatın   bütün  cətinluiklərindən  alnıacıq  və üzüağ  cıxan,    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Rzayev Zabil Xanış oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edrik  ki, Zabil  Rzayevin, yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Silahlı Qüvvələr və Müharibə  Veteranı  ehtiyatda olan polkovnik leytenant  Rzayev  Zabil Xanış oğlu  10 dekabr   1967-cı ildə Yardımlı rayonunun Köryədi  kəndində    zəh mətkeş ailədə anadan olub.

    O,1985 -ci ildə Yardımlı rayonunun Köryədi kənd orta məktəbini,  1993-cü ildə  Azərbaycan Dövlət Texniki Ünverstetinin «mexanika» fakultəsini ,1994-cü ildə Daxil Qoşunların Baş idarəsinin Nərimanov rayonunda  yerləşən hərbi hissədə zabitlərin ixtisas artırma kursunu bitirib. O,Daxili Qoşunlarlarda xidmət etdiyi illər ərzində Qoşunların Baş İdarəsində və Hərbi  hissələrində kecirlən  bir çox metodiki- təlim   toplanışlarda, xüsusi taktiki təlimlərdə,  komanda-  qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak etmişdir.

      Zabil Rzayev 1985- 1987-ci illərdə Sovet Ordusunun  Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur

     Polkovnik- leytenant Rzayev Zabil Xanış oğlu  1992-1993-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin konvoy (Mühafizə) alayında taqım və böluk komandiri,  1993-2016 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin  Zaqatala, Zəngilan, Ağdam, Ağdərə, Füzuli, Xətai, Sabuncu, Binəqədi,  Quba, Nərimanov və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, Əlahiddə tabor komandirinin müavinini, avtomobil və zirehli texnika xidmətin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin Maddi- texniki təminat  xidmətləri üzrə müavini vəzifələrində Vətənə, Dövlətə və Xalqa  sədaqətlə xidmət etmişdir. 2017 ci ildən etibarən Zabil Rzayev  Abşeron rayon Mehdiabat qəsəbə inzibati ərazi dairəsi üzrə  icra  nümayəndəsinin  müavini vəzifəsində işləyir.

     O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

    Azərbaycan Respublikasında ictimai  qaydanın və ictimai təhlükəsizliyin qorunmasında ,şəhərdə və yaşayış məntəqələrində və cəzaçəkmə məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     O,  Daxili Qoşunlarda xidməti etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş  və qayğıkeş zabit kimi göstərmişdir. Zabil Rzayev istər  anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəsələrində, Müdafiə Nazirliyinin zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi  mühütdə,  dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələrin Veteranı » Qüsursuz xidmətlərə görə 1-ci,  2-ci və 3-cü dərəcəli , «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi  və 95-iliyi yubley medaları ilə təltif olunub.

     Azərbaycan Respublikasının Prezidentinin  08 mart 2014 -cü il tarixli sərəncamına əsasən Polkovnik leytenant Rzayev Zabil Xanış oğlu DİN-in yaranmasının 22-ci ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə görə, öz xidməti vəzifələrini  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif  edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ZABİL !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi  sədirinin  hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: