27.07.2024

ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR YOLU: LƏTİF MUSAYEV- 56

Hər kəs həyatda ötən ömur paynı yaşayır.Xoşbəx o insandır ki, adı ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır. Həmin insanların ömrürlərindən coixlarının ömürünə işiq düşür.Birdə ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlarıda xidmətə yönəldilir, bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir. .Belə ömür yaşayan insanlardan biridə, Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında öz – dəsti xətti olan, dərin zəkası, gözəl nitq qabiliyyəti, peşəkarlığı, humanistliyi, sadəliyi,səmiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi ilə secilən Müharibə Veteranı Müsayev Lətif Qara oğludur.Dekabr ayının 6 — də onun 56 yaşı tamam olur.

Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan Müharibə Veteranı Musayev Lətif Qara oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Lətifin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin . Bu gün əsli vətəndaşlıq mövqeyi ilə secilən, Müharibə veteranı Мusayev Lətif Qara oğlu 1966- cı ilin deкabr ayının 6 -da Tovuz rayonun Qəribili kəndində zəhmətkeş ailədə dünyaya göz acıb. 1983-ci ildə, Tovuz rayonunun Qəribili kənd orta məktəbini, 1993 – cü ildə Azərbaycan İnşaat- Mühəndislər institutunu bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən, bir cox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, .nümnəvi- göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib. İşgüzar, çalışqan , işinə qətiyyətli, mübariz keyfiyyətli olan , Lətif 1984 1986-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komsomolsk-on- Amur və Xabarovsk diyarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1992- 1998 ci- illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən əlahiddə tədris taborunda qərargah rəisinin kadırlar və şəxsi heyətin qeydiyyatı üzrə baş köməkçisi , Daxili Qoşunların Bas İdarəsinin məxfi söbə rəisin müavini , DQBİ-nin məxfi kərküzarlıq bölmə rəsinin müavini vəzifələrində Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib. Hər kəsi özündən incitməyən ,xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradan Lətif Qara oğlu Musayev Daxili işlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Özəl müəsisələrdə işləyir. O,DUN- in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində , özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. Lətif orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə dost- tanış, qohum- əqraba, qonşu arasında daımı öünə layiq hörmət qazanmışdır. Yorulmaz, xeyirxax, təşkilatcı və qayğıkeş insan Lətif Musayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində )gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir

İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi , işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olan Musayev Lətif Qara oğlu Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir cox hərbi qulluqçular ücün nümnə olmuşdur. Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq , kolektivin daimi rəğbətini qazanmış Lətif Qara oğlu Daxili Qoşunlarda xidmət etdiyi iiər ərzində , Cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində, şəhərdə,yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin nəticələrinin qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Nəcib davranışa və yüksək mədəniyyətə malik olan Musayev Lətuf Qara oğlu Hərbi xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin, və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edlib.

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN LƏTİF BƏY ! 100 YAŞA, SAĞLAM YAŞA!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: