22.12.2024

ŞƏRƏFLİ YAŞANAN ZABİT ÖMRÜ: MƏHƏMMƏDƏLİ ƏMRAHOV- 56

Daim həyatın bütün sınaqlarından üzüağ çıxan, Müharibə Veteranı, polkovnik-leytenant Əmrahov Məhəmmədəli Qiyasəddin oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Məhəmmədəlinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən ilərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Müharibə Veteranı polkovnik leytenant Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu 07 dekabr 1966-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Siznək kəndində zəhmətkeş ailədə anadan olub. Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov 1973-cü ildə Qafan rayonunun Siznək kənd orta məktəbinin birinci sinifinə getmiş, 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984-cü ildə SSRİ Müdafiə Nazirliyinin Tallin şəhərində yerləşən Ali İnşatlar Siyasi Hərbi məktəbinə daxil olmuş, 1989- cu ildə həmin ali hərbi məktəbi bitirmişdir.Təhsilini başa vurduqdan sonra SSRİ Müdafiə Nazirliyinin İnşaat Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Bölük komandiri vəzifəsində qulluq etmişdir.

Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu 1992-2007-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissəində Döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin Maddi- texniki təminat xidmətləri üzrə müavini, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissəində hərbi hissə komandirinin müavini-Qərargah rəisi, Daxili Qoşunların Sumqayıt şəhərində, Zaqatala və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat idarəsində baş zabit,Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə Əməliyyat şöbəsinin baş zabiti və Növbətçi Xidmətinin rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlarda rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi — taktiki təlimlərdə, komando-qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak etmişdir.

Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov Daxili Qoşunlardan Silahlı Quvvələrə ehtiyata buraxldıqdan sonra 2011-2013-cü illərdə Fövqalədə Hallar Nazirliyinin Akademiyasında Komendant xidmətinin rəisi vəzifəsində işləyib, 2014- cü ildən etibarən isə FHN-nin Akademiyasında baş müəllim vəzifəsində işləyir. Peşəkarlığı və humanistliyi ilə seçilən ömrunun ən məhsuldar dövrünün 34 (otuz dörd) ildən cox şərəfli xidmət yolunun 7 (yeddi) ilini SSRİ Müdafiə Nazirliyinin ali hərbi məktəbində və hərbi hissələrində, 16 (on altı) ilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində , 11 (on bir) ilini isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirmişdir. Məhəmmədəli Əmrahov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər baş zabit kimi göstərmişdir. O,istər yaşadığı ərazidə, oxuduğu orta və təhsil aldığı hərbi məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektiv, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və kontuziya alınmışdır.

Azərbaycan respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, Silahlı quruplaşmış dəstələrin zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin nəticələrinin aradan qaldırılmasında, eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Məhəmmədəli Əmrahov SSRİ Müdafiə Nazirliyinin ali hərbi məktəbində və hərbi hissələrində,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında oxuduğu və xidmət etdiyi, Fövqalədə Hallar Nazirliyinin Akademiyasında işlədiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, peşəkar kadr zabitlərin, kicik mütəxəssislərin hazırlanmasında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, SSRI Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər və Fövqalədə Hallar Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavininlərnin, təhsil aldıgı ali hərbi məktəb və akademiya rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib. Xidmətdə fəriqləndiyinə görə Məhəmmədəli Qiyasəddin oğlu SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından «Qüsursuz xidmətlərə görə», «Silahll Quvvələrin və Fövqalədə Hallar Nazirliyinin yaranmasının» yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MƏHƏMMƏDƏLİ MÜƏLLİM! ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! DAİMA XOŞBƏX YAŞA, ÖMRÜN UZUN OLSUN. HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini Polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: