27.07.2024

ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMÜRÜ: BƏYLƏR HƏLİMLİ – 58

İnsan ücün ən yaddaqalan günlərdən biri də onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamiləşir. Belə insanlardan biridə peşəkarlığı,hümanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimmiyəti, vətənpərvərliyi, təşkilatclıq bacarığı, işgüzarlığı və mənəvi keyfiyyəti ilə secilən müharibə veteranı istefada olan Bəylər Həlimlidir.

Dekabr ayının 7-də onun 58 yaşı tamam olur. Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü Müharibə Veteranı ehtiyatda olan mayor Həlimli (Həlimov) Bəylər Əlcan oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır. Arzu edirik ki, Bəylərin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Nəsimi rayon şöbəsinin üzvü Müharibə Veteranı ehtiyatda olan mayor Həlimli (Həlimov) Bəylər Əlcan oğlu 07 dekabr 1964-cü ildə İsmayıllı rayonunun Cülyan kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. O, 1981-ci ildə Ismayıllı rayonunun Cülyan kənd orta məktəbini, 1983- cü ildə Bədən Tərbiyəsi və İdman texnikomunu, 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Bəylər Əlcan oğlu Həlimli Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə ,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

Həlimli Bəylər Əlican oğlu 1982-1984 ci ilərdə SSRİ Müdafiəyə Nazirliyinin Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən Raket qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1987- 1992-ci illərdə İsmayıllı rayonunda idman sahəsi üzrə məşqçi, İsmayıllı rayonunun Cülyan kənd orta məktəbində isə müəllim işləmişdir. O, 1992-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdərə, Ağdam, Füzuli, Xaçmaz (Yalama qəsəbəsində) Nərimanov,Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandiri, taborun qərargah rəisi, hərbi hissənin Silahlandırma xidmətinin rəisi, DQBİ-nin maddi- texniki təminat idarəsinin silah şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir. O, 2003-cü ilin dekabr ayından etibarən «Hərbi Xidmətkeçmə Haqqında » Əsasnamənin «v» bəndinə əsasən Xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. O,Daxili Qoşunlada xidmət etdiyi illər ərzində özünu qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Həlimli Bəylər Əlcan oğlu istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də işlədiyi və xidmət etdiyi illər ərzində, qohum- əqraba arasında, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.

1991-2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları (MN, DİN, MTN, ƏN,XDMX, DSX) əməkdaşları arasında keçirlən «Atıcılıq üzrə idman yarışlarında» yüksək göstəricilər göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Bas İdarəsinin yığma komandasınin tərkibində Bəylər Əlcan oğlu DİN-in yığma komandasının qələbəsinə öz layiqli töhvəsini vermişdir. O, «snayper tüfəngindən» atəş açaraq ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Güllə Atıçılıq Fedarasiyasının müvafiq diplomu ilə təltif olunub. Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, Silahlı qruplaşmış dəstələrin zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən vaxtında layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi idman növləri üzrə keçirilən yarışlarda, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuma görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, müvafiq idman dərəcələri ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və kontuziya alıb. Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Pezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir neçə medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏYLƏR BƏY! ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! BÜTÜN ARZULARIN ÇİN OLSUN! DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN. HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədirnin hüquqi məsələlər üzrə müavini Polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: