ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ: MÜŞVİQ ƏSGƏROV — 50
Peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,vətənpərvərvərliyi, təvazökarlığı, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün 16 ildən çox şərəfli xidmət yolunu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran və Sumqayıt şəhərlərində, Nərimanov rayonunda yerləşən hərbi hissələrində keçirən ehtiyatda olan mayor Əsgərov Müşviq İltimas oğlunun dekabr ayının 6 – da 50 yaşı tamam olur
Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan istefada olan Mayor Müşviq Əsgərovu doğum günü münasbətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik ki, Müşviq Əsgərovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Əsgərov Müşviq İltizam oğlu 1972-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub
Müşviq Əsgərov 1989-cu ildə Masallı rayonunun Ərkivan kənd orta məktəbini, 1994- cü ildə isə Azərbaycan Dövlət Texniki Üniversitetini (Poltexnik İnistutunu) bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin ixtisas artırma kursunda olmuşdur. DQBİ-də və hərbi hissələrdə keçirilən bir çox metodiki təlim toplanışlarda, xüsusi taktiki və qərargah təlimlərində, seminar və konfranslarda fəal iştirak etmişdir
Mayor İltimaz oğlu Müşviq Əsgərov 1994-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran və Sumqayıt şəhərlərində, Nərimanov rayonunda yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, Silah xidmət rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O, 2010-ci ilin dekabr ayından «Hərbi Xidmətkeçmə haqqında » əsasnamənin «v» bəndinə əsasən Xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş və qayğıkeş zabit kimi göstərmişdir. Müşviq Əsgərov istər anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəssisələrində,Müdafiə Nazirliyinin zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi kolektiv,dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda ,şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandiri və onun müavinlərinin müvafiq əmrləri Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə » 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-illiyi və 90-illiyi medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜŞFİQ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev