08.09.2024

ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMÜRÜ: VAQİF YÜZBAŞIYEV — 59

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür.Yaşın üstə yaş gələndə insan daha da kamiləşir. Belə ınsanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, səmimiyyəti, sadəliyi, vətənpərvərliyi, təvazökarlığı, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyatda olan polkovnik-leytenant Yüzbaşıyev Vaqif Camal oğlunun dekabrın ayının 1-də 59 yaşı tamam olur.

Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ cıxan, Silahlı qüvvələr və müharibə veteranı ehtiyatda olan polkovnik leytenant Yüzbaşıyev Vaqif Camal oğlunu dogum günü münasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Vaqifin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Yüzbaşıyev Vaqif Camal oğlu 01 dekabr 1963-cı ildə Balakən rayonun Qazma kəndində dünyaya göz açıb. O,1981-ci ildə Balakən rayonunun Qazma kənd orta məktəbini, 1989 -cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnistitunun hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Zabitlərin təhkimləşdirmə kursunu bitrib. Daxil Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki-təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak etmişdir.

Vaqif Camal oğlu Yüzbaşıyev 1981-1983- cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1992-2018- ci illərdə Daxılıi İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Zaqatala rayonunda yerləşən hərbi hissədə Döyüş hazırlığı bölməsının rəisi vəzifələrində, DQBİ-nin Əməliyyat və Döyüs hazırlığı idarəsinin döyüş hazırlığı şöbəsində fiziki hazırlıq və idman rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.Vaqif Yüzbaşıyev Daxili Qoşunların Bas İdarəsinin Zaqatala rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində hərbi hissə komandirinin birinci müavinini vəzifəsini icra edib.

Yüzbaşıyev Vaqif Camal oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, harada işləməsinə baxmayaraq yaşadığı ərazidə , təhsil aldıgı ali və orta təhsil müəssisələrində, qohum-əqraba, qonşu arasında, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə, dost- tanış, qonşu arasında özünə layiq hörmət qazanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik komandir heyətinin, idmançıların yetişməsində eləcədə onların komandir və Döyüş (fiziki) və ictimai siyası hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi- vətənpərvərlik tərbiyəsiində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəməmişdir.

Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Vaqif Camal oğlu Yüzbaşıyevi tanıyanlar onun nə dərəcədə tələbkar insan olduğunu çox yaxşı bilirlər.Vaqif Yüzbaşıyevin qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır.Böyüklə-böyük, kiciklə-kicik, sözü ilə əməli düz gələn bir gözəl insan Azərbaycanımızın bu günü, sabahı ilə bağlı daima düşünur, ölkəmizi daimi qüdrətli, güclu və firavan görmək istəyir.

Vaqif Camal oğlu Yüzbaşıyev Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və Döyüş hazırlığı şöbəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox kompleks və məqsədli qrupların, təftiş, nəzarət, yekun yoxlama, attestasiya (mandant, buraxılış imtahanı) komissiyalarının, İdman komitəsinin üzvü və sədri olduğu zaman üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir. Azərbaycan Respublikasında ictimai asayişi qorunmasında və içtimai təhlükəsizlyin təmin edilməsində, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, Cinayətkarlığa qarşı mübarizədə, Silahlı dəstələrin axtarışında, onların zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin nəticələrinin aradan qaldırılmasında , Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, İdarə və şöbə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə» döş və yubiley nisanları ilə təltif olunub, fəxri fərmanlarla, müvafiq diplomlarla və qiymətli hədiyyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.

Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Vaqiv Yüzbaşıyev Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından «Silahlı Qüvvələr Veteranı», «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi, 90-illiyi ,95-illiyi yubiley medalları ilə təltif edilib.
Daxili Qosunlarin yaranmasının 22-ci il dönümü ilə əlaqədar, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə görə, döyüş zamanı igidlik göstərdiyinə görə, öz xidməti vəzifələrni və hərbı hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Hörmətli veteranmız Vaqif Camal oğlu Yüzbaşıyev Azərbaycan Respublikasının Prezidentinin 08 mart 2014-cü il tarixli sərəncamı ilə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VAQİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! DAİMA XOŞBƏX YAŞA, ÖMRÜN UZUN OLSUN.

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini, polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: