ŞƏRƏFLİ ZABİT ÖMRÜ: CƏFƏR ABBASOV – 75
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi istefada olan polkovnik Abbasov Cəfər Qəzənfər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Cəfər Abbasovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Abbasov Cəfər Qəzənfər oğlu 09 noyabr 1947 -ci ildə Bakı şəhərində anadan olub.
O, Bakı şəhərində 46 nömrəli məktəbin 7-ci sinifini, Asif Zeynalı adına musuqi kollecini və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnı bitirib.
Polkovnik Cəfər Qəzənfər Abbasov 1966-1981-ci illərdə SSRİ Müdafiyə Nazirliyinin Bakı şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin hərbi orkestirində müdddətli həqqi hərbi xidmətdə olub və solist vəzifəsində müdətdən artıq xidmət edib.
Cəfər Abbasov 1981-1993-cü illərdə Bakı Dövlət Sirkində, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatırında müxtəlif vəzifələrdə işləyib,1993-2004-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində və Qərargahında Hərbi Orkestr xidmətinin rəisi- Baş hərbi dirijor vəzifəzində xidmət edərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbı andın və hərbi nizamnamələrin, tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
Polkovnik Cəfər Qəzənfər oğlu Abbasov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nümnəvi-Göstərici Hərbi Orkestr xidmətinin 17 noyabr 1994-cü ildən (ilk yarandığı gündən)-2004-cü ilin son ayına kimi normal fəaliyyəti üçün hər şəraitin yaradılması, yeni avadanlıqllarla, müsuqi alətləri ilə, səs gücləndirici aparatlarla təmin edilməsi, onların yerləşdirilməsi, əsaslı şəkildə təmir olunması eləcədə, peşəkar kadrların seçilməsi və komplekləşdirilməsi istiqamətində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır
Daxili Qosunlarin Nümunəvi-Göstərici Hərbi Orkestirin hərbı qulluqçuları və mülkü işçiləri polkovnik Cəfər Abbasovun rəhbərliyi altında bir cox dövlət səviyyəli rəsimi tədbirlərdə iştirak etməsi, Mədəniyyət ocaqlarında, ölkəmizdə, Daxili İşlər Nazirliyinin Qoşunların Bas İdarəsində, hərbı hissələrində, polis akademiyasında, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən mədəni-kütləvi mərasimlərdə , idman yarışlarında, televiziya kanallarında çıxış etməsi və konsert proqramılarının gerçəkləşdirilməsi istiqamətində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində Nümnəvi-Göstərici Hərbi Orkestr Xidmətinin kollektivinin peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tütmaq ücün əzimlə çalışmışdır .
Polkovnik Cəfər Qəzənfər oğlu Abbasov Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 38 (otuz səkkiz) ildən çox şərəfli xidməti yolunun iyrimi beş ilini hərbi xidmətdə, on üc ilini isə Baki Dövlət Sirikində, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatırında müxtəlif vəzifələrdə keçirmişdir.
Abbasov Cəfər Qəzənfər oğlu Daxili Qoşunların Baş idarəsində xidmət etdiyi illər ərzində Nümnəvi-Göstərici Hərbi Orkestrin hərbi qulluqçuları ilə döyüş (ixtisas) və ictimai sıyası hazırlıq üzrə məşğələlərin, nümunəvi göstərici məşqlərin, hərbi hissələrdə isə böyüklərin təbilçiləri ilə metodiki təlim-toplanışların keçirilməsi istiqamətində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidmətdə fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə , hərbı vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə ona Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə həvəsləndirmə qaydasında vaxtından əvvəl baş leytenant, kapitan, mayor polkovnik- leytenant və polkovnik hərbi rütbəsi verilib .
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, CƏFƏR MÜƏLLİM!
DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev