TƏBRİK: İSGƏNDƏROV ƏLİ MÜRSƏL OĞLU — 54
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi ehtiyatda mayor İsgəndərov Əli Mürsəl oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, yaşınızın üstə gələn bu yaş Sizə sevinc dolu günlər bəxş etsin və hər yeni gününüz ötən günlərdən daha gözəl, istəklərinizə uyğun həyatınız daha xoşbəxt keçsin.
O, 1 noyabr 1968 ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olub.
Mayor İsgəndərov Əli Mürsəl oğlu 1986-ci ildə orta məktəbi, 1994-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Xəzər rayonunda yerləşən Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib.
1986-1988-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sverdlovski vilayətində yerləşən hərbi hissələrində müdddətli həqiqi hərbi xidmətdə olmuş, 1998-2016-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında və Quba rayonunda yerləşən yerləşən əlahiddə birqadada və alayda müxtəlif vəzifələrdə xidmət edib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyün təmin edilməsində, fövqəladə hallar zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyuş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə və hərbi vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Məktəb rəsinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubliey nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından «Qusursuz Xidmətlərə görə» 1ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 -illik, 90- illk və 95-illk yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİ BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev