14.12.2024

ŞƏRƏFLİ ZABIT ÖMRÜ: ELBRUS HÜSEYNOV — 50

   Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkılatçılıq bacarığı ilə, səmərəli fəaliyyəti ilə seçilən şərəfli ömrünün ən məhsuldar dövrünün 25 ildən çoxunu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  və  Daxili İşlər Nazirliyinin  Polis Akademiyasında  keçirən ehtiyatda olan polkovnik leytenant Elbrus Hüseynovun 50 yaşı tamam olur.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi ehtiyatda olan polkovnik leytenant Hüseynov Elbrus Feyzulla oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Elbrusun  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

      Polkovnik leytenant Hüseynov Elbrus  Feyzulla oğlu  31 oktyabr 1972- ci ildə Bakı şəhərində anadan olub.

   O, 1992-2017-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Şirvan (keçmiş Əlibayramlı)  şəhərində , Hacıqabul, Xəzər rayonlarında və Yalama qəsəbəsində yerləşən hərbi hissədə və Ali hərbi məktəbdə müdddətli həqqi hərbi xidmətdə olub, taqım komandiri, hərbi fənlər kafedrasında  hərbi müəlim, baş müəllim,  ali hərbi məktəbin qərargah rəisinin müavini  vəzifələrində xidmət edib.O Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

       Polkovnik leytenant Elbrus Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

        Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyuş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında , hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına  görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Məktəb rəisinin,  hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə,  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından  «Qusursuz Xidmətlərə görə » 1ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 -illik, 90- illk və 95- illk yubiley medaları ilə təltif edilib.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında xüsusi xidmətlərinə görə ehtiyatda olan polkovnik leytenant Elbrus Hüseynov Azərbaycan Respublikasının  Prezıdentinin müvafiq sərəncamı ilə «Hərbi xidmətlərə görə » medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELBRUS BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA.

Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquq işləri üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: