27.07.2024

TƏBRİK: HƏBİB HÜSEYNOV — 48

 İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Hüseynov Həbib Məhərrəm oğludur. Oktyabr ayının 31-də Həbibin 48 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı Hüseynov  Həbib Məhərrəm oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can  sağlığı və həyat yollarında  bitib — tükənməyən naliyyətlər arzulayır. Həbibin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Müharibə Veteranı Hüseynov Həbib Məhərrəm oğlu  1974 -ci ilin oktyabr ayının 31 -də  Azərbaycan Respublikasının Göygöl rayonun  Sarısu kəndində zəhmətkeş ailədə dünyaya göz açıb ailədə anadan olub. 1989 -cu ildə  Göygöl rayonun Sarısu kənd orta məktəbi, 1997-ci ildə insitituta daxil olub. 2002- ci ildə isə Sverdlovski şəhərində Bədən Tərbiyəsi və İdman Ünverstetini  bitrib.

1992- 1996- cı illərdə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. O, Azərbaycan ordusunun  tərkibində  Qubadlı, Kəlbəcər  və Goronboy rayonunları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona,  həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

Hərbici və döyüşcü yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər,  zəhmətkeş, əliacıq insan kimi dəyərləndırırlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühitdə, istərsədə  dost- tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.

44 günlük Vətən müharibəsində Hüseynov Həbib Məhərrəm oğlu ona həvalə edilmiş vəzifə və tapşırıqların  öhtəsindən layiqincə gələrək daimi döyüş bölgələrində hərbi qulluqçularmızın  yanında olaraq onlara öz köməkliyini  əsirgəməmişdir.

Xidməti   və ictimai  vəzifələrin   yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, hərbi hissə komandirinin , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin  müvafiq əmrləri ilə Müvafiq   döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb, ona  təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

-«Müharibə Veteranı» Medalı ilə ;

 — «Böyük Zəfər » medalı ilə;

 — Silahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100  illiyi yubiley medalı ilə;

 -Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının (1994 — 2019) 25 illiyi yubiley medalı ilə.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HƏBİB BƏY!..

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini   polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: