21.11.2024

ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: SEYFİ HƏSƏNOV — 64

İnsan üçün ən yaddaqalan illərdən biri onun doğum günüdür. Belə insanlardan  biridə peşəkarlığı, hümanistliyi, və səmimiyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Zərdab rayon şöbəsinin sədri  istefada olan polis kapitanı   Həsənov Seyfi  İnqlab oğludur.  Oktyabr ayının iyrimi yeddisində onun doğum günüdür.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan   istefada olan polis kapitanı  Seyfi İnqlab oğlu Həsənovu   doğum günü münasibətilə   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

Seyfi  Həsənovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Seyfi Həsənov  1958-ci ilin   oktyabr ayının  iyrimi yeddisində Azərbaycan Respublikasının Ucar rayonun  Lək kəndində zəhmətkeş ailədə anadan olub.

O, 1975 ci ildə  Ucar rayonunda  orta məktəbi bitirib. 

1977- 1979  cu  ildə   Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. Hərbi xidməti başa vurduqdan sonra uzun illər  Rusiyada və   Ukraynanın  Xarkov şəhərində yaşayıb və orada işləyib. 1992 — 1995 ci ilərdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin   Ucar rayon Polis şöbəsində post patrul xidməti bölüyün kamandiri  vəzifələrində Vətənə Dövlətə və Xalqa  sədaqətlə  xidmət edib  1998 -ci ildən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) səlahiyyətli nümayəndəsi və Avmvib  Zərdab rayon şöbəsinin sədri vəzifəsindədir

1989  — cu ildə Qarabağ münaqişəsi   növbəti alovlananda, Seyfi Həsənov, Xarkov şəhərində könüllü olaraq döyüşlərə qatılmaq üçün   vətənə qayıtdıqdan sonra Azərbaycanda   könüllülərdən   ibarət yaradılan birləşmələrin  tərkibinə yazılaraq döyüşə qatlır. 1990- 1994 — cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Erk əc, Mənşid və  Buzluq kəndləri, Goronboy, Tərtər, Şuşa, Laçın, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində) gedən döyüşlərdə fəal  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. O, Göygöl  (kecmiş Xanlar) rayonunun  Çayкənd, Azad və Komo kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib.

Polis kapitanı Seyfi Həsənov  Daxili işlər orqanlarında xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi  illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Daxili İşlər Nazirliyinin, İntizam və Post Patrul Xidməti nizamnaməsin  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

İş və döyüşcü yoldaşları Seyfi İnqlab oğlu Həsənovu   vətənpərvər, qoruxmaz, saxavətli,  əliacıq  və  zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı orta təhsil məktəbdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba  arasında özünə layiq böyük  hörmət qazanıb.

44 günlük Vətən müharibəsində  Seyfi Həsənov  hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Xidməti və ictimai  vəzifələrin  yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Respublikasının Daxili işlər Nazirin, onun müavinlərinin, Ucar rayon Polis şöbəsinin  rəisinin, Müdafiə Nazirinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri  müvafıq döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona   təşəkkür elan edilib  və aşağıdakı medalarla təltif edilib:

— «Böyük Zəfər » medalı ilə;

— Silahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100  illiyi yubiley medalı ilə;

-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının (1994- 2019) 25 illiyi  yubiley medalı ilə;

 -» Müharibə Veteranı» Medalı ilə ;

— Cəmşid Naxçıvanski adına medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SEYFİ BƏY.

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini   polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: