21.11.2024

Çavuşoğlu tapşırıq verir, Paşinyan yerinə yetirir — Saqatelyan

Türkiyənin tələbi Ermənistanın diasporla əlaqəsini kəsməkdir, ona görə də diaspor ayılmalı, məyusluq və dövlətdən uzaqlaşma onun gündəmində olmamalıdır.

Bunu Ermənistanın “Yerkir-Media” telekanalının efirində “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan deyib.

“Nikol dedi ki, mənə ənənəvi diaspor strukturları lazım deyil və diasporla birbaşa əlaqə saxlayacam. Bir neçə gün əvvəl Çavuşoğlu bildirib ki, Fransadakı erməni diasporu cəzalandırılmalıdır. Paşinyanın Fransadakı erməni diasporunun ən məşhursimalarından olan Murad Papazyanın Ermənistana girişini niyə qadağan etdiyi aydındır. Çavuşoğlu göstərişlər verir, Ermənistan hakimiyyəti də yerinə yetirir. Ermənistan hakimiyyəti diasporu, böyük erməni lobbi strukturlarını məhv edir”, — deyə Saqatelyan qeyd edib.

Mənbə: Bakupost.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: