İT GÜNÜNDƏ YAŞAMAĞIMIZ BƏS DEYİLDİ, İT İLİ DƏ BU YANDAN ÇIXDI…
2018-ci il İt ilində yazılmış yazı…
Xaqani Ədəboğlu
Bir ingilis aforizmində təxminən belə deyilirdi: » Tanrı bizə hər şey verib: gözəl təbiət, təbii sərvətlər, maddi nemətlər… Və bizi bunlardan mərhum edən oliqarxlar»…
Biz yekə-yekə danışmağı və Atanesin yalanına ayə kimi inanmış bir toplumuq. Bir nəfər boynu qalstuk taxmaq boyda yekələn bir gəncimizin Albaniya haqqında hökküldəyib millətə tarix dərsi keçməsini görsəydiniz, mütləq özünüzə bu adamlarla eyni dildə danışdığınıza görə söyərdiniz. Bu adam «Ermənistan tarixi» yazan Treveri oxuyub elə bilir ki, Cəbrayılın vəhyini dinləıyib. Üstəlik, tarix fakültəsini bitirib deyə, özünü tarixçi elan eləyib. Amma bilmir ki, bu müasir elm sistemləri Avrosentrizmin yalanlarını qorumaq üçün düşünülmüş mərkəzlərdir. Öz xalqının tarixini bilmək üçün pulla imtahan verib «oxumaq» yox, sadəcə tarixi mənbələri OXUMAQ lazımdır və yetərlidir. Belə danqlaqların elmsizliyi üzündən hay-boş qaraçıları Yuxarı Fərat hövzəsində itirdikləri, Hannibalın hesabına salınan və Plutarxın yazdığına görə şəhərə yığmaq üçün hay tapmadıqlarına görə, qordienləri, adabenləri, yunanları və s. zorla gətirib yığdıqları Tiqrankerti Ağdamda «tapıblar». Bu «mışka» qəhrəmanlarının biveclikləri sayəsində, bizim biqeyrətlər heç öz yataq otaqlarında qovalayıb öz Haykanuşlarını tapa bilmirlər. Amma bu xəstə hay-boş qaraçıları Adəmdən bəri bizim olan torpaqlarda özlərinə tarix uydururlar və belə tarixçi yetişdirən mərkəzlər də onu xalqa sırımaqla məşğul olmaqdadırlar. İnanmırsınız 5-6 nəfər istisna etməklə gözdən keçirin.
30 ildir ki, yazıram ki, alban millət adı deyil, ölkə adıdır. Amma hamı alban milləti gəzir. Barı bilmirlər ki, Albaniya konfederal quruluşa malik bir dövlət olub və bilmirlər ki, Albaniya bir sang-sak ölkəsidir. Bilmirlər ki bu ölkə tapulu (yəni kupçalı) Alp Ər Tunqanın oğlu Alp Aravazın yurdudur və bir də bilmirlər ki, sak-oğuzlar bəşəriyyətin başlandığı bir anlamdır. XVII əsrədək bizə sak-skif deyən Avrosentristlər XIX əsrdən bu xalqı hind-avropa uydurmasına uyğun irandilli elan ediblər. Eyni mənzərə Midiya ilə bağlıdır. Kim idi, Midiya xalqı? Əlbəttə ki, sang-saklar idi. Eyni yalanı şumer adıyla ortaya atıblar. Bu ad da saxtadır. O xalq özünü sang-igiga xalqı adlandırırdı. Kənarda yaşayan qol isə kangar adlandırılırdı. Bir-birindən referat köçürməklə tarixçi olmaq, Qu yumurtasından bala çıxarmaq kimi bir şeydir.
Kimsə əsil mənbəni axtarıb aramaq istəmir. Əhməd Mkrtcyandan köçürüb yazdığını Məmməd də yazır. Batsın sizin kimi bivecləri, bilək ki, heç əllaməmiz də yoxdur…
…Biz tarixə atdığımız bu çınqıllar top mərmiləri kimi üstümüzə qayıtdı. Qaç ki, qaçasan.
Almaniyada bənd alan bir soydaşımız onu ölkədən çıxarmaq üçün gələn polisi girov götürüb. Hələ üstəlik də, həyat yoldaşı özünə bıçaqla xəsarət yetirib ki, buradan getmirik. Adam zorla da olsa düşünməyə məcbur olur ki, bəs xeyir ola dünyanın gözü olan Azərbaycandan qaçmaq və qurtulmaq üçün saxta sənədlrə «N» qədər də pul verib gedirsən? Amma Almaniyada 5 gün yaşamısan çıxmamaq üçün həngamə qoparırsan? 50 il yaşadığın Azərbaycandansa Almaniyanın həbsxanasını seçirsən? Ayıblar olsun…
Düşünün və bu həngamələri əl-ələ verib yaratdıq. Erməni meydana terrorçuları çıxaranda, biz alverçiləri çıxartdıq. Erməni güllə atanda, biz daş atmağa başladıq və daşın haqqını «uçastkovıya» verirdik ki, bizi tutmasın. Erməni avtomat silaha keçəndə, biz ov tüfənginə keçdik. Patron satanlara giliz almaq üçün iki qat pul verirdik. Erməni top atanda, biz təlim avtomatlarına keçdik və onun da patronunu da pulla alırdıq. O da üçündən birini atırdı. Erməni ortaya generallar çıxardanda, biz də əsgərlikdən fərar etmişləri ortaya çıxardıq. Əslində biz çıxarmadıq. Çıxardan çıxartdı. Amma bu dələduzlar hələ də elə qışqırırlar ki, sanki bunlara hələ də 20 faiz torpaq borcumuz qalıb…
Budur məmləkətin halı. İt günündə yaşayışa şükr edə-edə İt ilinə qədəm qoyduq. Amma sahibsiz itlərə son zamanlar millət yaman sahib çıxıb. Qabaqlar soruşana deyirdin ki, bekarçılıqdan «it daşlayıram». Amma belə getsə sahibsiz bir millətin nümayəndəsi kimi deyin: «Bekarçılıqdır, itlər bizi daşlayır».
Heç bilmirəm o it toyu eləyən «Ata» və toyu yola verən aşıqların sonu necə oldu? Biz öz uzaq görənlərimizi həmişə hoydu-hoyduya götürərik.
Rəhmətlik Seyid Əzim demiş:
«İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz».
Nə isə. İt günündə yaşamağımız bəs deyildi, İt ili də bu yandan çıxdı…
Mənbə: Fədai.az