27.07.2024

Ruslar öz qazdıqları separatçı quyuya düşüblər: «LXR» rusları girov götürüb

Qondarma “LXR” yaraqlıları Pskovdan Ukraynanın işğal olunmuş ərazisinə gələn könüllüləri ələ keçirməklə ruslara öz xislətlərini nümayiş etdiriblər. Necə deyərlər, ruslar «öz qzdıqları quyuya düşüblər».

«Dialoq» nəşrinin oğurlananlardan birinin həyat yoldaşına istinadən verdiyi məlumata görə, iki rusiyalı Xarkov vilayətindəki işğal edilmiş kəndlərdən birinə humanitar yük aparmağa cəhd etdikdən sonra itkin düşüb.

“Mən bildiyimə görə, humanitar yardımın paylanması zamanı “LXR” hərbçiləri onlara yaxınlaşaraq naməlum istiqamətə aparıblar… Onları müəyyən “hərbi komendantlığa” aparıblar. Qanunsuzluq baş alıb gedir: insanları boş yerə aparırlar və prinsipcə, istədiklərini edirlər. 5 gündür onlar haqqında məlumat ala bilmirik”, — deyə rus qadın şikayətlənib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: