Müharibə veteranına verilən 80 MANAT kompensasiyaya «yetərli» deyən sıravi deputatın maaşı 6537,13 manat oldu
Milli Məclisdə oturan deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:
1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;
2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;
3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;
4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;
5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;
6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.
Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!
Bu barədə bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov öz sosial şəbəkə hesabında yazıb.
Beləliklə, müharibə veteranına verilən 80 MANAT kompensasiyaya «yetərli» deyən sıravi deputatın maaşı 6537,13 manat oldu.