18.03.2025

Ərdoğan: Türkiyədən güzəşt gözləməsinlər

Nə qədər ki, Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatının fəaliyyətinin qarşısını almayacaqlar, bizdən müsbət yanaşma gözləməsinlər.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini dəyərləndirərkən deyib.

Ərdoğan tərəflərin üzərlərinə götürdükləri öhdəliyi mütləq yerinə yetirməli olduqlarını vurğulayıb.

«Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarını bu və ya digər formada dəstəkləmək, onların fəaliyyətinə göz yummaq bir sıra digər Avropa ölkələrində də mövcuddur», — deyə Prezident İsveç və Finlandiyaya səslənib.

Xatırladaq ki, İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili iyulun 23-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: