15.10.2024

İrəvanda qondarma “erməni soyqırımı”abidəsi önündə boz qurd işarəti

Türkiyəli gəncin İrəvanda sərbəst gəzməsi və Tsitsernakaberdə qondarma «erməni soyqırımı” memorial kompleksinin önündə boz qurd işarəsi nümayiş eitdirərək gəzməsi Ermənistanda böyük ajiotaja səbəb olub.


Bu barədə erməni mediasına istinadla xəbər verir.


İddiaya görə, İrəvanın Şenqavit adlanan hissəsində kirayədə qalan üç nəfər Türkiyə vətəndaşı olan gənc bir neçə günmüş əyinlərində Türkiyə bayrağı və nişanı əks olunan maykalarda İrəvanda, həmçinin Ermənistanın Xor Virap və Gümrü şəhərlərində də gəzirmişlər.

Onların qondarma soyqırım memorialından yaydığı video görüntülərdən dərhal sonra polislər gənclərin kirayədə qaldıqları evə gedib, lakin gənclərin evi iki saat əvvəl tərk etdiyi məlum olub.


Hazırda polis gənclərin axtarışı ilə məşğuldur.

Mənbə: Qaynarinfo

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: