05.02.2025

Zakir Həsənov “Efes-2022” beynəlxalq təlimini izləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: