13.05.2025

Şəhid atası Qurban Qurbanova görün oğlunun hərbi baş geyimini və poqonlarını hədiyyə etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2021-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimini keçirib.

Manşet.az xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov ilin məşqçisi mükafatına layiq görülən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova oğlunun hərbi baş geyimini və poqonlarını hədiyyə edib. Bu zaman mərasimdə duyğusal anlar yaşanıb.

Qurban Qurbanov bu anlamlı və dəyərli hədiyyəyə görə minnətdarlığını bildirib, Vətən uğrunda canını fəda edən Səid Rəşidzadənin, o cümlədən bütün şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: