17.09.2024

Zəngilanlı veteranlar Zəfər günü tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi veteranları Qobu Park 2 — də Zəngilan rayon 20 saylı tam orta məktəbdə təşkil olunan Zəfər günü münasibətilə Qarabağ Azərbaycandır adlı tədbirdə iştirak ediblər.


Tədbirdə AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov və müharibə veteranı İslam Süleymanov iştirak edirdilər.


Tədbirin çox yüksək səviyyədə hazırlanmasına görə tədbiri hazırlayan hər kəsə təşəkkürümü bildirirəm.


Zəfər günü tədbirində həm birinci, həm də ikinci Vətən Müharibəsi şəhidlərinin ailələri, qaziləri dəvət olunmuşdular. Tədbirin açılışımda Azərbaycan Dövlət Himni səsləndirildi, sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər, Ordumuzun 44 günlük zəfərindən bəhs edib, Ali Baş Komandan, Xalq Ordu birliyinin daima olmasını dilədilər.


Allahdan şəhidlərimizə rəhmət, Veteran və Qazilərimizə can sağlığı arzulayırıq.


Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: