22.11.2024

Adsız Qəhrəmanlar — Xeyrulla İbrahimov

Üç il ard-arda Azərbaycanın ən yaxşı zabiti adına layiq görülən, Kobra ləqəbli polkovnik — leytenant İbrahimov Xeyrulla Mais oglu.

Müharibə başlamazdan 4 ay öncə çox sevdiyi həyat yoldaşını ağır xəstəlikdən itirən övladlarının tək tutunacaq, sığınacaq yeri olan Xeyrulla 9 il təqauddə olmasına baxmayaraq, müharibə başlayan kimi könüllü cəbhəyə gedir.

Övladlarına «Vətənin mənə daha çox ehtiyacı var», «sizi Allaha tapşırıram» deyib ölümün üstünə gedən qəhrəman. Artilleriyanın atası.

Bu gün bizim övladlarımız sakit, bütöv dövlətdə yaşasın deyə, onun övladları anasız və atasız böyüyür. Sizi hec vaxt unutmayacağıq.

Nazim Əkbərov (Qarabağ Qazilərimiz -Fb)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: