27.07.2024

Beyləqan veteranları şəhidin Anım mərasimində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvü olan müharibə veteranları Xüsusi Təyinatlı şəhidimiz Siyahim Əlzamin oğlu Dəmirovun Anım günündə iştirak ediblər.


Müharibə veteranları ilə yanaşı Beyləqan rayonu Əlnəzərli kəndinin şəhid övladı Siyahim Əlzamin oğlu Dəmirovun Anım günündə döyüş yoldaşları da iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Məhəmməd Məhəmmədov məlumat verərək bildirib ki, Anım günündə iştirak edən qazi Şöhlət Möhübbət oğlu Musazadə Türkiyədən müalicədən qayıdıb və təkrar müalicə üçün yenidən qardaş Türkiyəyə qayıdacaq. Onun hər 2 qardaşı da 44 günlük Vətən müharibəsində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Məhəmməd Məhəmmədov qeyd etdi ki, şəhid Siyahim Dəmirovun və Xüsusi Təyinatlıların Qarabağda yazdıqları şərəfli tarix heç zaman unudulmayacaq.


Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: