27.07.2024

Ağstafada Vətən müharibəsi şəhidlərimizin anım mərasimi keçirildi

????????????????????????????????????

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Quliyev Təbriz İlqar oğlunun və Pirili kəndindən olan Vətən müharibəsi şəhidimiz, əsgər Avdıyev Orxan Habil oğlunun şəhidlik zirvəsində birinci ildönümü qeyd olunub.


Qaynarinfo xəbər verir ki, keçirilən anım günündə şəhidlərmizin əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edilib ki,Təbriz 05.08.1994-cü ildə Qırılı kəndində anadan olub. Vətən müharibəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi savaşıb. Zəngilanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz «Vətən uğrunda”, «Döyüşdə fərqlənməyə görə” və «Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Pirili kəndindən olan Vətən müharibəsi şəhidimiz, əsgər Avdıyev Orxan Habil oğlunun şəhidlik zirvəsində birinci ildönümü qeyd olunan mədasimdə də qeyd esilib ki, Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad etmək üçün igid oğullarımızdan biri kimi könüllü olaraq cəbhəyə yollanan Orxan 02.08.1995-ci il tarixində Ağstafanın Pirili kəndində anadan olub. O, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sücaət göstərib. Şəhidimiz «Vətən uğrunda”, «Döyüşdə fərqlənməyə görə” və «Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

????????????????????????????????????
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: