30.10.2024

Ermənipərəst Kolerovdan maraqlı açıqlamalar

Rusiyalı politoloq, Regnum agentliyinin baş redaktoru Modest Kolerov Ermənistan-Rusiya münasibətlərində yaranmış qeyri-müəyyənliyi şərh edib.

O, erməni mətbuatına verdiyi müsahibədə bu günlərdə Putin və Paşinyan arasında Moskvada keçirilmiş görüşün heç bir rəsmi qərar olmadan yekunlaşmasını mənfi hal sayıb.


Kolerov deyir ki, görüşə yaxşı hazırlıq görülməyib. Sadəcə olaraq Paşinyanın belə bir təmasa siyasi səbəblərdən ehtiyacı olub.

«Pərdəarxası söhbət barədə bir şey deyə bilmərəm. Rusiya Qafqazda hərbi tarazlığı qoruya, Ermənistan dövlətinin intiharının strateji nəticələrini isə minimuma endirə bilər»,-Kolerov bildirib

Görüşdə Paşinyanın Putinə sərhədlərin qorunması ilə bağlı müraciətin olmasına dair suala gəldikdə isə rusiyalı analitik belə cavab verib:

“Ermənistan Azərbaycanla sərhədini qorumaq istəmir. Hətta demarkasiya belə istəmirlər. Onlar istəyirlər ki, Rusiya ermənilərin əvəzinə bunu etsin. Rusiya da razılaşıb. Ancaq bununla bağlı nəticələri tezliklə görməyəcəyik. Bunun üçün də Rusiya günahkardır. Qısası bu, Paşinyanın «proqramıdır».

P.S. Ermənilərin dərdi belə getsə bu ermənipərəstləri tezliklə iflic edəcək…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: