22.11.2024

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat — sərnişin avtobusları və metro işləyəcək.

Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: