22.11.2024

Ermənilər qorxu içində: Azərbaycan ordusu gəlir

Ermənistanın Vayots dzor bölgəsinin keçmiş bələdiyyə sədri Edqar Gazaryan Kərki kəndi yaxınlığındakı strateji yoldan video paylaşaraq hökumətə müraciət edib.

Metbuat.az xəbər verir ki, o Kərki kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edəcəyi ilə bağlı narahatlığını dilə gətirirək, ərazidən keçən strateji yolun əhəmiyyətinə toxunub:

“Buradan Dzora, Sünik, Mehri, İrəvan, Qarabağa gedən yol var. Paşinyan bu ərazini düşmənə təslim edərsə, onda buradan keçə bilməyəcik. Müdafiəsiz vəziyyətə düşərik”.

Gazaryan Paşinyanı addımlarına görə sərt tənqid edib.

Anar Türkeş / Metbuat.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: