AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi

AVMVİB Hacıqabul rayon şöbəsi rəhbərliyi və üzvləri yeniyetmələrin hərbi — vətənpərvərlik tərbiyəsi məqsədli tədbirlərini davam etdirib.

AVMVİB Hacıqabul rayon şöbəsinin səıdri Mehman Süleymanovun verdiyi məlumata görə, bu dəfə şöbə veteranları Hacıqabul rayonu şəhid Hahid Soltanov adına Atbulaq kənd orta məktəbində olublar.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri, müharibə veteranları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları və Kənd İcra nümayəndəliyi əməkdaşları iştirak etdilər.

Tədbir iştirakçıları şəhid məzarını ziyasrət edərək gül qoydular. Məktəbdə şəhidin anımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu. Çıxış edənlər Qarabağ uğrunda gedən döyüşlərdə həlak omuş qəhrəman şəhidlərimizi andılar.

Elnur Səlim

AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi
AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi
AVMVİB Hacıqabul rayon şöbəsi tədbir keçirdi
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •