Ordudan tərxis olunanlar üzrə komissiyanın Pirəkəşkül və Gəncə şöbələri açılır

Səfərbərlikdən tərxis olunmuş vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılmış komissiyanın nəzdində əlavə iki səyyar qrupun da yaradılması qərara alınıb.

Yanvarın 18-dən etibarən Pirəkəşkül qəsəbəsində və Gəncə şəhərində yerləşən hərbi hissələrdə səyyar qruplar fəaliyyət göstərəcək.

Bununla da bazar günləri istisna olmaqda hər gün səhər saat 09:00-dan 18:00-dək Azərbaycanın dörd bölgəsində komissiya fəaliyyətini davam etdirəcək, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Müdafiə nazirinin əmri ilə yaradılmış komissiya yanvarın 11-dən etibarən Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Füzuli rayonunda komissiyanın səyyar qrupu formatında fəaliyyətini davam etdirir.

Komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə «Qaynar xətt» nömrələri də açılıb:

  • Bakıda 012 404-76-34, 050 873-21-85
  • Gəncədə 050 758-27-34
  • Füzuli rayonunda 050 706-70-07
  • Pirəkəşkül qəsəbəsində 050 653-16-39

«İndiyədək Bakıda fəaliyyət göstərən komissiya tərəfindən 1751 vətəndaş, Füzuli rayonunda fəaliyyət göstərən səyyar qrup tərəfindən isə 202 vətəndaş qəbul olunub. Hazırda müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür,» — Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 17-də jurnalistlərə müsahibəsində deyib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •