29.03.2024

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

KONKRET.az-ın məlumatına görə, söhbət Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanan Hüseynov Orxan Ələkbər oğlundan gedir.

Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz bu gün Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il öncə vəfat edib. Şəhidimizin anası Sevda Hüseynova isə oğlunun itkin kimi axtarıldığı ərəfədə, 2020-ci ilin dekabrında dünyasını dəyişib. Orxan evin kiçik oğlu olub, subay idi. Bir bacısı, bir qardaşı var.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: