TƏBRİK: VAHİD ABDURƏHMANOV — 52

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun 52 yaşı tamam olur.

Vahid Abdurəhmanovun cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, həm də birliyin inkişafında xidmətləri olan veteranlarımızdandır. Bir çox hərbi-vətənpərvərlik layihəsinin həyata keçirilməsinə rəhbərlik edib. Yorulmadan AVMVİB-nin perespektiv inkişafı uğrunda çalışmaqdadır.

Təşkilatın mətbu orqanlarının yaranmasında maddi və mənəvi dəstək olmaqla yanaşı, həm də Vahid Abdurəhmanov ən fəal oxucumuzdur. Saytın materiallarını ilk oxuyan oxucumuz da, məhz Hacı Vahid olduğunu yazmışıq. Daim jurnalistlərlə əlaqəli fəaliyyətə üstünlük verdiyini hər kəs bilir.

Ad günün mübarək, Hacı Vahid!

Bütün gözəlliklər sənin olsun! Tezliklə Qarabağın azad edilmiş ərazilərində və rayonlarında təşkilatlanma işlərinə başlamağınızı arzu edirik.

Arzu edirik ki, məhz bu azad edilmiş rayonlarda yerli şöbələrimizin yer problemləri ilə məşğul olasınız.

100 YAŞA, VAHİD BƏY!

***

AVMVİB sədri Füzuli Rzaquliyev təşkilat rəhbərliyi adından V. Abdurəhmanovu təbrik edərək, uzun ömür, cansağlığı və gözəl günlər arzuladı. Vətənimizin bu ağır və məsuliyyətli günlərində uzaqdan olsa da, virtual olaraq, tam karantin şərtlərinə uyğun bir şəkildə Hacı Vahidi təbrik edirəm.

AVMVİB RƏHBƏRLİYİ, FEDAİ.AZ VƏ VETERAN.AZ KOLLEKTİVİ

На изображении может находиться: 3 человека, люди сидят и в помещении
Təbrik: Vahid Abdurəhmanov — 51 — www.veteran.az
AVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdi » Fedai.az
Müharibə veteranları bir arada — www.veteran.az
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •