Veteranlarımız Ulu Öndərimizin 100 illiyi ilə bağlı tədbirdə

Mayın 8-də Masallı rayonunun Ərkivan qəsəbə ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ərkivan qəsəbə üzrə özək sədri Elmir Əliyev, Ərkivan qəsəbə ərazi nümayəndəsi Əhməd Əhmədov , YAP Ərkivan ərazi ilk partiya təşkilatının sədri Əfrail Fərziyev, qəsəbə ağsaqqallar, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdən öncə Ərkivan qəsəbəsində yerləşən Vətən müharibəsi şəhidlərinin abidəsi ziyarət olunaraq tər güllər qoyulmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: