Yalan ruporu Şuşan da belə getdi…

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi və ermənilərin ən çox yalan məlumat yayan ruporu Şuşan Stepanyan vəzifəsindən istefa verərək Tonoyanın ardınca gedib.

Bu barədə Facebook səhifəsində məlumat yerləşdirib.

Şuşan Stepanyan birinci Qarabağ müharibəsinin bütün cənub cəbhəsində döyüşən və Füzuli uğrunda həlak olan azatamartik (Birinci Qarabağ müharibəsində döyüşən ermənilərə verilən addır) Şaqen Stepanyanın qızı olduğunu bildirib: «Mən Hadrutdan olduğum üçün bu müharibəyə münasibətim də həmçinin sırf şəxsi idi. Və mən müharibənin nəticəsini yalnız müdafiə idarəsinin nümayəndəsi kimi deyil, həm də şəxsi itkim kimi qəbul etdim.

Güman edirəm ki, vətən üçün belə bir çətin anda emosional səviyyədə qərar verməyəcək, hadisələrə peşəkar baxımdan baxacaq və potensiallarını tam tətbiq edəcək məmurlara ehtiyac daha çoxdur. İndi mənim bacarmayacağım budur.

Bu ağır günlərdə yanımda olduğunuza və dəstəyinizə görə minnətdarlığımı bildirirəm. Biz informasiya müharibəsi qaydalarını rəhbər tutmağa, yazılı və yazılmamış qaydalara görə döyüşən bir ölkənin cəmiyyətinə verilməli olan məlumatları təqdim etməyə çalışdıq. Əgər bir şeyə müvəffəq oldumsa, sizi son dərəcə minnətdar olduğum əsas motivasiya hesab etdiyimi bildirirəm. Mübarizə olmasa, kədər əbədidir: yalnız bu halda”.

P.S. Amma cızma-qaraçı jurnalist Şuşanın Hadrutunmu, yoxsa rəngsaz Tonoyannınmı gedişinə dözmədiyini öyrənə bilmədik…

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Поделились