Onların müstəqil dövləti var idi, amma qatara bilet almağa pulları yox idi

Azərbaycan Cümhuriyyətinin hakimiyyətdə olduğu 23 ay ərzində 5 dəfə hökumət kabineti dəyişib. Həmin dövr ərzində 35 nazirimiz olub. Bu nazirlərin hər biri sadə azərbaycanlıda maraq doğurur. Həmin insanların əksəriyyətini bu gün də tanımırıq.

1918-ci ilin iyun ayının 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçüb. O zaman yaranmış siyasi böhranın mahiyyəti ondan ibarət idi ki, Osmanlı hökumətində Azərbaycanın müstəqilliyi ilə bağlı fikir ayrılıqları olub.

“Həmin dövr bir qrup şəxs düşünürdü ki, müstəqil dövlət qurulmalıdır. Həmin dövlət Osmanlı İmperiyası ilə sıx ittifaqda olmalıdır. Ənvər paşa başda olmaqla, ikinci Turancı dairələr hesab edirdilər ki, Gürcüstan xaricində bütün Qafqaz Osmanlı dövləti ilə sıx əlaqələr qurulmalıdır”, — deyə tarixçi V. Qafarov bildirib.


Ekspert V. Qafarov mövzu ilə əlaqədar maraqlı məqamlara toxunub: “Mayın 28-də Milli Şura Azərbaycanın istiqlaliyyətini elan etdi. İstiqlal xəbərini Gəncəyə aparmaq üçün bu deputatların ciblərində elə pul olmadı. Kimdə nə qədər pul var idi, toplandı, cəmi 2 nəfərə qatara minmək üçün bilet pulu düzəldi. Bunlar Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayev idilər. Onları heç qarşılayan da olmamışdı.»

Fedai.az (19 aprel 2018-ci il)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Поделились