Ağdamın 6 kəndindən ermənilərə köçmək əmri verilib

Ağdərənin 6 kəndində yaşayan ermənilər, mülki işğalçılar ( işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşanlar barədə «əhali, sakin» ifadələri məqbul deyil) bu gün evakuasiya barədə göstəriş alıblar.

Ağdərədəki qondarma erməni “administrasiyasının” rəhbəri Ayk Baxşıyan bu haqda məlumat verib. Baxşıyan deyib ki, bu gün ona Papravənd, Əlmədədli, Boyəhmədli, Əliağalı, Qızılkəngərli, Mollalar kəndlərində yaşayan ermənilərin köçürülməsi barədə əmr daxil olub. “Hələlik məlum deyil sərhəd haradan keçəcək: Azərbaycan qoşunları harada yerləşəcək, sülhməramlılar harada dayanacaq. Hələlik ancaq onu deyə bilərəm: evakuasiya barədə sərəncam var. Hələlik bu adamları Ağdərədə (Mardakertdə) yerləşdirəcəyik”, — Baxşıyan deyib.

Onun sözlərinə görə, həmin kəndlərdən ermənilərin köçürülməsi üçün bir gün vaxt verilib, proses noyabrın 19-u saat 23.00-a qədər başa çatmalıdır.

Baxşıyanın adlarını çəkdiyi bu kəndlər əslində Ağdam rayonunun inzibati ərazisinə daxildir və işğalçılar Ağdamı, Ağdərəni işğal edəndən sonra həmin kəndləri Ağdərənin tərkibinə qatmışdılar.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında noyabrın 10-da əldə edilmiş üçtərəfli razılaşmaya əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Kəlbəcər və Laçından erməni işğalçı qüvvələrinin çıxarılması isə noyabrın 25-də və dekabrın 1-də başa çatmalıdır. Ağdam rayonunun Papravənd kəndinə- Nor (Yeni) Karmiravan, Əliağalı kəndinə — OvtaşenNor JraberdQızıllı Kəngərliyə- Nor Marağa, Mollalar -Nor Ayqestan, Almədədli — Nor Seysulan, Boyəhmədli kəndinə isə — Nor Aykadzhur adı vermişdilər.

Leyla Həsənova

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Поделились