Qərb mediası ermənilərin Kəlbəcəri dağıtmasını dəhşətlə izləyib

Kəlbəcərdə gerçək ekoloji terror yaşanır. Azərbaycan torpaqlarını tərk edən ermənilər təbiətə böyük zərər vururlar.

Bizimyol.info xəbər verir ki, “The New York Times” qəzetinin yazısında da bu məsələ qabardılıb. ABŞ media orqanı ermənilərin Kəlbəcəri dağıtmasından danışan material dərc edib.

“The New York Times” yazır ki, ermənilər əlinə nə keçirsə, aparır: mebel, mal-qara. Onlar hətta qapıları yerindən çıxararaq maşınlara yükləyirlər. Ermənilər hər şeyi daşıyandan sonra evlərə od vururlar. Amma 53 yaşlı Aşot Xanesyanın əli evini yandırmağa gəlmir. Halbuki qonşuları onlara qoşulmağa səsləmişdi. Aşot təkcə toyuq-cücələrinin ayaqlarını bağlayaraq ev quşlarını özüylə götürür, əkdiyi kartofa isə əl vurmur.

“The New York Times” müxbirlərini ermənilərin hətta işıq naqillərinin kəsməsi çox təəccübləndirib. Onlar restoranları, yanacaqdoldurma məntəqələrini dağıdırlar. 

Amerikalı jurnalistlər ermənilərin hərəkətindən dəhşətə gəlib. Qaçanlar ağacları amansızca qırır. “Qoy azərbaycanlılar soyuqdan ölsünlər”, — yaşlı erməni əcnəbi jurnalistlərə deyib.

“The New York Times” qəzetinin nümayəndələri bir bank işçisinin ofisin divarlarını necə dağıtmasını heyrətlə izləyiblər. Sonradan işçilər bütün masa və stulları yük maşınına daşıyıblar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 83
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    84
    Поделились