Veteranlar Ali Baş Komandana Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini istəyirlər

AVMVİB İdarə Heyəti Ali Baş Komandan Cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təklifi ilə çıxış etdi.

 AVMVİB İdarə Heyəti növbəti yığıncağını keçirdi. Müzakirəyə verilən gündəlikdəki tək məsələ «Ali Baş Komandan Cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi» olub. 

Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını təşkil etdiyinə, özünü bacarıqlı taktiki və strateji biliklərə malik lider kimi göstərdiyinə görə, 30 illər boyu BMT və ATƏT Minsk Qrupu üçlüyünün birgə səylə həll edə bilmədiyi bir problemi həll etdiyinə görə, Vətən müharibəsində göstərdiyi misilsiz xidmətlərə və xarici siyasət sahəsində layiqli təmsilçiliyə görə, ölkə əhalisini bir bayraq altında birləşdirmək istedadına görə və ən nəhayət qətiyyətli Ali Baş Komandan kimi qarşıya qoyduğu hədəfləri maksimum əldə etdiyinə görə çox minlik müharibə veteranlarının istəyinə uyğun olaraq Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edirik. 

İnanırıq ki, Vətən müharibəsində bir Komandan kimi göstərdiyi  fəaliyyətin yüksək adla təltif edilməsi hər bir ölkə vətəndaşının arzusudur. 

 Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır! 

AVMVİB İH -nin sədri:                                       Füzuli Rzaquliyev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 83
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    84
    Поделились