Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.

“Report” xəbər verir ki, Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, by müddəti noyabrın 25-dək uzadıb.

Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi, buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb.

Veteran.az olaraq bunu «Ayının min oyunundan» biri kimi qəbul edirik. Rusiyanın sülh qarğaları bölgədə qısa vaxt ərzində ardıcıl olaraq kobud siyasi səhvlər buraxmaqdadır. Bununla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi geniş kompaniya hazırlayır və tezliklə Putinə bu hərbi birləşmənin ölkəmizdən çıxarmasını və yaxud da hər bir blok postda eyni sayda Türkiyə əsgərlərinin olmasını tələb edəcəyik.

Bu gün Azərbaycanın tarixi mədəni irsi olan Arzu xatun məbədinə (Xudavəng monastrına) Dadivəng deyə erməni yarlığı asmaq istəyən bir dövlətin bizim ölkədə yeri yoxdur. Mövzu davam edəcək.

Seyrçi olaraq erməni vandalizmini və cinayətlərini izləyən bir «sülh qarğası» dəstəsinə ehtiyacımız yoxdur. Fotoları təqdim edirik:

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Поделились