Putinlə Əliyev nə danışıb? — Detallar açıqlandı

Noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Oxu 24.com xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.

Tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 83
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    84
    Поделились